Prime Cotton
Ana səhifə
/
/
/
Usta köməkçisi (Mingəçevir)

Usta köməkçisi (Mingəçevir)

  • Prime Cotton
  • 69 Heydər Əliyev prospekti, Mingəçevir, Azərbaycan
  • Tam ştat

12-11-2025

135

Təsvir

  • Ustanın və ya texniki xidmət mühəndisinin göstərişləri əsasında sahədəki avadanlıqların təmir və texniki baxımını qrafikə uyğun, keyfiyyətlə yerinə yetirmək;
  • Təmir işlərinin vaxtında aparılması üçün zəruri alət, ləvazimat və ehtiyat hissələrinin hazır olmasını təmin etmək;
  • İş zamanı mal və materiallardan məqsədyönlü və qənaətli istifadə etmək;
  • Təmir və ya baxım işlərinə başlamazdan əvvəl və bitirdikdən sonra rəhbərə dəqiq, ətraflı məlumat vermək;
  • Rəhbərlik tərəfindən verilən əmr, sərəncam və göstərişləri icra etmək;
  • Əməyin mühafizəsi, təhlükəsizlik və yanğından mühafizə qaydalarına riayət etmək;
  • İsitmə/soyutma sistemlərinin rütubət və hərarət sensorlarını, sovurma kanallarını təmizləmək; filtrləri vaxtında dəyişmək;
  • Avadanlığın mexaniki hissələrini — dişli çarxları, lentdüzən və kovadəyişən qurğuları, silindirlərin yastıqlarını — vaxtında yağlamaq;
  • Avadanlığın daxili və xarici səthlərini, hərəkət mexanizmlərini hava şlanqı və ya nəm əski ilə təmizləmək, valikli bəsləmə yaxınlaşdırıcısını, ölçü roliklərini, sıxma sterjenini, üst rolikləri və üst valikləri təmizləmək;
  • Baş verən nasazlıqları (kəmər qırılması, tənzimləmənin pozulması, hər hansı mexanizmin sıradan çıxması) operativ aradan qaldırmaq;
  • Diffuzorları və tüstü sensorlarını sıxılmış hava ilə təmizləmək;
  • Qabaqcıl təcrübələrdən və təhlükəsiz iş qaydalarından istifadə etməklə öhdəlikləri yerinə yetirmək və peşəkar inkişaf üzərində daimi işləmək.

Tələblər

Tələblər:


  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizə normaları və qaydalarını bilmək;
  • Təmir ediləcək avadanlıqların, qurğuların və maşınların quruluşunu bilmək;
  • Ölçü alətləri və cihazların təyinatını, xüsusiyyətlərini və istifadə qaydalarını bilmək;
  • Avadanlıqların təmiri, montajı və quraşdırılması üzrə texnoloji prosesləri bilmək;
  • Orta ixtisas təhsili (və ya ekvivalent təlim) və ya sahə üzrə uyğun iş stajı;
  • Şifahi və yazılı ünsiyyət bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Diqqətlilik və məsuliyyətlilik.


İş şəraiti:

  • İş qrafiki: Çöxnövbəli;
  • İş yeri: Mingəçevir şəhəri, H. Əliyev prospekti 69;
  • Nahar şirkət tərəfindən təmin olunur.

Vakansiya haqqında

Son tarix

December 11, 2025

Paylaşılıb

noyabr 12, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Orta səviyyəli

Təhsil

Peşə təhsili

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı