U&R Company
Ana səhifə
/
/
/
1C PLATFORMA ÜZRƏ APARICI PROQRAMÇI

1C PLATFORMA ÜZRƏ APARICI PROQRAMÇI

  • U&R Company
  • Əhməd bəy Ağaoğlu küçəsi 28
  • Tam ştat

17-02-2025

367

Bağlanılıb

Təsvir

Vəzifə öhdəlikləri:

·        Şirkətin istifadə etdiyi 1C sistemlərinin inkişaf etdirilməsi və optimallaşdırılması;

·        Yeni funksionallıqların hazırlanması və tətbiqi;

·        Mövcud sistemlərdə yaranan problemlərin həlli və performansın artırılması;

·        Müxtəlif xarici sistemlər (banklar, hökumət portalları, veb-saytlar və s.) ilə 1C-nin inteqrasiyasının təmin edilməsi;

·        API-ların hazırlanması və onların digər proqramlarla uyğunlaşdırılması;

§ Junior və Middle proqramçılar üçün mentorluq və onların inkişafına dəstək;

§ Layihələrin texniki sənədlərinin yaradılması, yenilənməsi və saxlanması;

§ 1C sistemlərində test proseslərinin təşkili və səhvlərin aradan qaldırılması.

 

İş şəraiti

İş rejimi:   5 günlük iş həftəsi;

İş vaxtı:    09:00-18:00, nahar fasiləsi: 13:00-14:00;

İstirahət günləri: Həftənin şənbə və bazar günləri;

Hüquqi təminat: Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə müvafiq bütün növ sənədləşmə və proseduralar təmin edilir;

Korporativ mühit, peşəkar inkişaf, vəzifə və əmək haqqı artımı imkanları, peşəkar networking imkanları;

Əmək haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq qarşılıqlı razılıq əsasında təyin ediləcəkdir;

Ünvan: Bakı ş., Nərimanov ray., Əhmədbəy Ağaoğlu küç.28.

Tələblər

Namizədə dair tələblər:

Təhsili: Ali təhsil;

İş təcrübəsi: Müvafiq sahədə 3 il.

Texniki və peşəkar biliklər:

v 1C:Enterprise 8.3 və yeni versiyalar üzrə dərin biliklər və işləmə təcrübəsi.

v Minimum 3 il 1C proqramlaşdırma və sistem inkişafı təcrübəsi.

v ERP, CRM, maliyyə sistemləri və digər iri həcmli layihələrdə iştirak.

v 1C konfiqurasiya obyektləri, modul proqramlaşdırma, sorğular, reestrlər və s. üzrə əlaqələrin qurulması üzrə təcrübə.

v Müxtəlif sahələr üçün 1C ERP konfiqurasiyalarının fərdiləşdirilməsi və optimallaşdırılması bacarığı.

v REST, SOAP, XML, JSON və digər müasir API-lərlə işləmə və inteqrasiya təcrübəsi.

v PostgreSQL, MS SQL və digər verilənlər bazası sistemləri ilə işləmə və optimallaşdırma bacarığı.

v DLL, COM-obyektlər və digər xarici kitabxanalarla işləməklə 1C xarici komponentlərinin yaradılması və istifadəsi.

v Komanda üzvləri ilə aydın və anlaşıqlı ünsiyyət bacarığı.

v 1C Professional, 1C Specialist, 1C Expert sertifikatlarına malik olmaq (üstünlükdür).

 

Dil bilikləri:

  • Azərbaycan dili - Sərbəst şifahi, işguzar yazışmalar, tex. biliklər;
  • Rus dili - Sərbəst şifahi, işguzar yazışmalar, tex. biliklər;


Vakansiya haqqında

Paylaşılıb

fevral 17, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Supervayzer

Təhsil

Bakalavr

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik