Z
Ana səhifə
/
/
/
Satınalmalar üzrə baş mütəxəssis

Satınalmalar üzrə baş mütəxəssis

21-11-2024

1

Təsvir

Əsas vəzifə öhdəlikləri:

  • Təchizatçıları araşdırmaq, arasından seçim etmək və təchizatçı bazasını daim yeniləmək;
  • Təchizatçılar ilə endirimlər və sərfəli kredit şərtləri də daxil olmaqla bütün şərtlər barədə danışıqların aparılması;
  • Şirkətin bütün təsdiqlənmiş tələbnamələrini əlaqələndirmək;
  • Şirkətin satınalma əmrlərinə nəzarət etmək;
  • Satınalmalar üçün rəqabətli qiymət sorğusu sisteminə nəzarət etmək;
  • Üçüncü şəxslər ilə imzalanan müqavilələrin detallarını və xərclərini uzlaşdırmaq;
  • Şirkət əməkdaşları ilə təchizatla bağlı yazışmaların aparılması;

Tələblər

Xüsusi tələblər:

  • Vakansiyaya uyğun ali təhsil;
  • İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3-5 il.


Texniki bacarıqlar:

  • 1C proqramı istifadəsinə dair biliklər;
  • Komputer biliyi: MS Office;
  • Azərbaycan və İngilis dilində yaxşı səviyyədə danışıq və yazışma bacarığı. Rus dili biliyi üstünlükdür.


Yumşaq bacarıqlar:

  • Güclü şifahi və yazılı ünsiyyət qurmaq bacarığı;
  • Nəticəyönümlülük;
  • Təşkilatçılıq bacarığı;
  • Sərbəst qərar verə bilmək bacarığı;
  • Operativlik;
  • Məsuliyyətlilik.


İş şərtləri:

  • İş saatı: 09:00-18:00 (Bazar ertəsi-Cümə);
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • İş yeri: Çinar plaza və Əsgəran ofisi;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaqdır.


Qeyd: Yalnız vakansiyaya uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Vakansiya haqqında

Son tarix

dekabr 20, 2024

Paylaşılıb

noyabr 21, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə