Bölmə rəhbərinin təlimatına uyğun suvarma qurğularını işə hazırlamaq, Elektrik panelindəki elektrik açarların yoxlanması, nasosların üzərindəki manometrlərin işlək olmasını yoxlamaq, iş bitdikdən sonra nasosxana binasındakı bütün elektrik açarlarının söndürülməsini təmin etmək;
Nasosların yerləşdiyi quyularda su sızıntısının olmamasına nəzarət etmək, sahələrdə yerləşən kran qruplarının hamısının açıq olmasına əmin olmalı;
Sahə və aparıcı aqronomların verdiyi aqronomik proqrama uyğun suvarmanı həyata keçirmək;
Suvarma qurğularının hərəkətinə nəzarət etmək, yaranmış nasazlıqları qısa müddətdə aradan qaldırmasında iştirak etmək;
Suvarma qurğularının iş saatları, suvarma norması və elektrik sərfiyyatının gündəlik qeydiyyatını aparmaq;
Su hovuzunda yetərli həcmdə suvarma suyunun yığılmasına nəzarət etmək;
Suvarma prosesi zamanı əsas kontrollerdə normadan artıq su axıntısı olarsa, bu barədə dərhal suvarma mütəxəssislərini məlumatlandırmaq;
Su kanalının təmizlənməsində iştirak etmək;
Suvarma qurğularına təlimata uyğun texniki qulluq işlərini icra etmək;
İçməli su çənlərinin daima su ilə təchizinə nəzarət etmək, bu barədə mütəmadi olaraq aidiyyatı struktur bölməyə məlumat vermək;
Gübrə çənlərini hər gübrələmədən sonra təmizlənməsini həyata keçirmək;
Nasosxanalarda iş prosesində əməyin təhlükəsizliyi, sanitar-gigiyena şəraitinə, yanğın təhlükəsizliyinə və ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirir.
Tələblər
Təhsil- Orta
Təcrübə- 1 il
Dil Bilikləri- Azərbaycan dili
Komputer bilikləri - Tələb olunmur
Suvarma və mexaniki qurğulardan istifadə bacarığı
Elektrik cihazlarının təhlükəsiz istismar qaydalarını bilməlidir
Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını bilməlidir.