Kontakt Home
Ana səhifə
/
/
/
Korporativ hüquqşünas (aparıcı mütəxəssis)

Korporativ hüquqşünas (aparıcı mütəxəssis)

  • Kontakt Home
  • Süleyman Sani Axundov küçəsi, Bakı, Azərbaycan
  • Tam ştat

24-07-2024

3.2K

Təsvir

  • Təqdim olunan müqavilələrin, o cümlədən xarici elementli müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirmək, digər hüquqi sənəd layihələrinə dair rəy vermək;
  • Yerli və xarici təchizatçılar tərəfindən təqdim edilmiş forumların, anketlərin doldurulması və cabalandırılması;
  • Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş hüquqi sorğulara rəy və izahatlar vermək;
  • Korporativ hüquqi layihələrin hazırlanmasında iştirak etmək;
  • Cəmiyyətin təsis sənədlərindəki dəyişiklik və əlavələrin dövlət qeydiyyatına aldırılması;
  • Struktur və bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələləri qanunvercilik çərçivəsində həll etmək;
  • Cəmiyyətə aid olan maliyyə təşkilatının fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun aparılması, habelə Mərkəzi Bankın tələb və göstərişlərinin hüquqi əsaslar üzrə təşkil edilməsi;
  • Aidiyyəti məsələlərə dair hüquqi rəyləri hazırlamaq;
  • Kredit müqavilələrinin məzmununun hazırlanması, onlara əlavə və dəyişikliklər edilməsi;
  • Qanunvericiliyə və əmək müqaviləsinə zidd olmayan müxtəlif digər hərəkətlərin icra edilməsi;
  • Vəzifə öhdəliklərinə aid olan digər vəzifələrin icra edilməsi.



İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00.

Tələblər

  • Ali hüquq təhsili;
  • Korporativ hüquq və müqavilə hüququ sahəsində minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan, rus dillərində sərbəst işləmək bacarığı, ingilis dili biliyi arzu olunandır;
  • Mülki hüquq (xüsusilə müqavilə hüququ) sahəsində dərin biliklər;
  • Bank hüquqi sahəsində nəzəri və praktiki biliklər;
  • Bank, BOKT, maliyyə təşkilatı sahəsində iş təcrübəsi
  • Məsuliyyətlilik, ünsiyyətçilik, inkişafa meyillilik, təşəbbüskarlılıq.

Vakansiya haqqında

Son tarix

avqust 3, 2024

Paylaşılıb

iyul 24, 2024

Vakansiya növü

Tam ştat

Əmək haqqı

2000 - AZN

Kateqoriya

Hüquq