Kontakt Home
Ana səhifə
/
/
/
Korporativ kommunikasiya layihələri üzrə mütəxəssis

Korporativ kommunikasiya layihələri üzrə mütəxəssis

  • Kontakt Home
  • Süleyman Sani Axundov küçəsi, Bakı, Azərbaycan
  • Tam ştat

31-10-2024

7.8K

Təsvir

  • Şirkətin strategiya, məqsəd və dəyərlərinə uyğun hərtərəfli korporativ kommunikasiya strategiyalarının hazırlanması və həyata keçirilməsi;
  • Press-relizlər, çıxış nitqləri, məqalə, bloq yazıları, xəbər bülletenləri və vebsayt məzmunu daxil olmaqla daxili və xarici kommunikasiya kanalları üçün yaradılan məzmunların redaktəsi, ehtiyac olduqda yazılması;
  • Media orqanları, jurnalistlər və digər KİV nümayəndələri ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi;
  • Böhran kommunikasiyalarının effektiv idarə edilməsi;
  • Daxili kommunikasiya strategiyasının yaradılması və tətbiqində iştirak;
  • Şirkətin missiya və dəyərlərinin əməkdaşlara aşılanması məqsədilə mütəmadi olaraq bu istiqamətdə layihələrin hazırlanması və icrası;
  • PR layihələrinin büdcələndirilməsinə iştirak, hesabatlılığın aparılması;
  • Şirkətin Korporativ Sosial Məsuliyyət strategiyasına uyğun olaraq sosial layihələrin təşkili və idarə edilməsi
  • Mətbuat konfransı, brifinq, dəyirmi masaların, rəhbərliyin ictimaiyyətlə görüşlərinin təşkil edilməsi, işıqlandırılması və press-turların təşkili;
  • Ölkədaxili və ölkəxarici səfərlərdə iştirak və onların işıqlandırılmasının təmin edilməsi;
  • Podratçı şirkətlər ilə əlaqələrin qurulması və idarə edilməsi;
  • Rəhbərlikdən gələn digər tapşırıqların yerinə yetirilməsi.


İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00;
  • Vakansiya əvəzləmə xarakterlidir (minimum 1 il).

Tələblər

  • Ali təhsil (İctimaiyyətlə Əlaqələr, Jurnalistika, Marketinq və ya müvafiq sahə üzrə);
  • Səlis azərbaycan dili biliyi, xarici dil biliyi üstünlükdür;
  • Mükəmməl yazılı və şifahi kommunikasiya və təqdimat bacarıqları, detallara diqqət;
  • Sahə üzrə minimum 5 il iş təcrübəsi:
  • Korporativ brendinq anlayışı, nüfuz idarəçiliyi və böhran kommunikasiyaları anlayışları üzrə dərin biliklər;
  • Korporativ Sosial Məsuliyyət layihələrinin idarə edilməsi üzrə təcrübə;
  • Texnoloji yeniliklər, elektronika məhsulları barədə məlumatlı olmaq üstünlükdür;
  • İdarəçilik və liderlik bacarıqları, kollektiv və fərdi işləmə bacarığı;
  • Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı.


Vakansiya haqqında

Son tarix

noyabr 29, 2024

Paylaşılıb

oktyabr 31, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Dövlət və sosial xidmətlər