Müştərilərlə əlaqə kanallarının qurulması işində iştirak etmək (soyuq zənglər, işgüzar tədbirlərdə iştirak və.s);
Banka yeni müştərilərin cəlb edilməsi məqsədilə xidmət paketləri hazırlamaq və ölkədə fəaliyyət göstərən müxtəlif növ biznes nümayəndələri ilə görüşlər təşkil etmək;
Portfelində olan korporativ müştərilərlə daim ünsiyyətdə olmaq, onların tələbatlarını öyrənmək, onların sorğu, şikayət və təkliflərini aidiyyatı üzrə müvafiq struktur bölmələrinə yönləndirmək;
Korporativ müştərilərə xidmət prosesində meydana çıxan məsələlərin həlli üzrə işləri koordinasiya etmək.
Tələblər
Ali təhsil;
Satış sahəsində minimum 2 il iş təcrübəsi, bankda korporativ satış sahəsində iş təcrübəsi arzuolunandır;
Azərbaycan və rus dilləri üzrə biliklər səlis olmalı (ingilis dili biliyi arzuolunandır);
MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti olmalı;
Analitik düşüncə qabiliyyəti, kreativ və təşəbbüskar olmalı;
Komandada işləmək, stress mühitində vaxtın idarə edilməsi və yüksək səviyyədə ünsiyyət bacarığı olmalı.