Android və iOS platformaları üçün mobil tətbiqlərin hazırlanmasını, inkişaf etdirilməsini və texniki dəstəyini həyata keçirmək;
Biznes tələblərini təhlil etmək, texniki həllər hazırlamaq və mobil tətbiqlərin arxitekturasının formalaşdırılmasında iştirak etmək;
Yeni funksionallıqların hazırlanmasını, mövcud funksionallıqların təkmilləşdirilməsini və optimallaşdırılmasını təmin etmək;
Daxili və xarici sistemlərlə inteqrasiyaların hazırlanmasında və dəstəklənməsində iştirak etmək;
Mobil tətbiqlərin performansını, təhlükəsizliyini və dayanıqlığını təmin etmək;
Proqram təminatının test edilməsində iştirak etmək, aşkar edilmiş problemləri aradan qaldırmaq və kod keyfiyyətini təmin etmək;
Mobil tətbiqlərin tətbiq mağazalarında (Google Play Store, Apple App Store və s.) yerləşdirilməsi və versiya idarəçiliyini həyata keçirmək; UI/UX tələblərinə uyğun istifadəçi interfeyslərinin hazırlanmasında iştirak etmək;
Versiya nəzarəti sistemlərindən istifadə etməklə komanda daxilində proqram təminatının hazırlanması proseslərinə qoşulmaq; Agile, Scrum və ya digər tətbiq olunan metodologiyalara uyğun olaraq layihə fəaliyyətlərində iştirak etmək;
Hazırlanmış həllər üzrə texniki sənədlərin hazırlanmasını və aktuallığının təmin edilməsini həyata keçirmək.
Tələblər
Təhsil səviyyəsi: Ali (Bakalavr);
Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
Mobil tətbiqlərin hazırlanması üzrə portfolio və ya Google Play Store / Apple App Store üzərində yayımlanmış tətbiqlərin təqdim edilməsi tələb olunur;
Mobil tətbiqlərin hazırlanması sahəsində peşəkar təlim proqramlarında iştirak və ya müvafiq beynəlxalq sertifikatlara malik olmaq arzuolunandır;
Flutter və ya React Native framework-ləri ilə işləmə bacarığı; Android (Kotlin/Java) və ya iOS (Swift) proqramlaşdırma dilləri üzrə biliklər;
Android Studio və/və ya Xcode inkişaf mühitləri ilə işləmə bacarığı;
Git versiya nəzarət sistemindən istifadə bacarığı;
REST API və JSON formatları ilə işləmə bacarığı;
Firebase platforması ilə işləmə təcrübəsi;
Postman və ya analoji API test alətləri ilə işləmə bacarığı;
Jira və Confluence platformaları ilə işləmə bacarığı;
Google Play Console və Apple App Store Connect platformaları üzrə təcrübə; CI/CD alətləri və deployment prosesləri üzrə biliklər
Komanda ilə işləmə bacarığı;
Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
Danışıqların aparılması bacarığı;
Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı, liderlik keyfiyyətləri;
Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
Təqdimat bacarıqları;
Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint – yüksək);
Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili, Rus dili orta.