"Azərbaycan Hava Yolları" QSC

Təyyarə Bələdçisi

29-08-2023

38.7K

Bağlanılıb

Təsvir

Təyyarə Bələdçisi

 

Vəzifə Öhdəlikləri:

  • Hava Gəmisinin göyərtəsində sərnişinləri qarşılamaq;    
  • Sərnişinləri minik talonlarına müvafiq olaraq düzgün yerləşdirmək, həmçinin baqajın, yükün və poçtun yüklənməsinə nəzarət etmək;
  • Uçuş zamanı sərnişinlərə standartlara uyğun yüksək səviyyəli xidmət göstərmək;
  • Hava Gəmisində sərnişinlərin təhlükəsizliyini, operativ ilkin tibbi yardım göstərilməsini təmin etmək;
  • Hava Gəmisində sərnişinləri ümumi davranış qaydalarına riayət etmələrinə nəzarət etmək;
  • Hava Gəmisinin məişət və mətbəx avadanlığının uçuşa hazırlığına nəzarət etmək

Tələblər

Tələblər:

  • Vətəndaşlıq: AR vətəndaşı olmaq
  • Yaş: 20-35 yaş aralığında olmaq (uyğun təcrübə olmadığı halda)

Yaş: maksimum 45 (uyğun təcrübə olduğu halda)

  • Boy: 160-180 (xanım namizədlər üçün) / 170-185 (bəy namizədlər üçün)
  • Təhsil: minimum tam orta təhsil
  • Dil bilikləri: Azərbaycan – səlis, İngilis – orta səviyyə (fikirləri sərbəst ifadə etmək qabiliyyəti)

İngilis dili biliyi təsdiq edən beynəlxalq sertifikat mövcudluğu (IELTS, TOEFL və s.) üstünlük sayılır

Digər beynəlxalq dil bilikləri (Rus, Alman, Fransız və s.) üstünlük sayılır

  • Müştəri yönümlü xidmət mədəniyyəti
  • Ünsiyyət bacarıqları
  • Komandada çalışmaq bacarığı


Əlavə Qeydlər:

  • Təyyarə Bələdçisi vəzifəsi xüsusi xidməti geyimdən istifadə etmə tələb edən vəzifədir. Fəaliyyət göstərən Təyyarə Bələdçiləri təşkilatın təsdiq etdiyi geyim formasından istifadə qaydalarına uyğun davranmalıdır;
  • Təyyarə Bələdçisi vəzifəsi müxtəlif insanlar ilə ünsiyyəti tələb edən vəzifədir. Fəaliyyət göstərən Təyyarə Bələdçilərinin vücudunun görünən yerlərində xüsusi nişan, döymə, piercing və s. bənzər nişanların olması qəbul edilməzdir.

 

Seçim Mərhələləri:

  • CV-lərin tələblərə uyğunluğunun yoxlanılması
  • Namizədlərin fiziki göstəricilərinin tələblərə uyğunluğunun yoxlanması (Boy/Çəki və s.)
  • İngilis Dili bilik testi (qrammatika) və dil üzrə şifahi müsahibə
  • Ümumi müsahibə (İnsan Resursları, Funksiya rəhbərliyi və Peşəkar Psixoloqun iştirakı ilə)
  • Tibbi Müayinə (yerli və beynəlxalq Aviasiya tələblərinə uyğun olaraq müvafiq prosedurların həyata keçirilməsi)
  • İşə Qəbul və Təlimlər


Tez-tez verilən suallara cavab: https://azal.az/az/azal-aviasirketi/karyera#faq


Müraciətlər üçün son tarix nədir?

Vakansiya üçün rəsmi ilkin son müraciət tarixi 31.10.2023-cü ildir. Bununla belə, AZAL İşə Qəbul komandası vakansiya üzrə müraciətləri sistemə daxil olduqdan sonra mərhələli şəkildə dəyərləndirir.

Seçimlər mərhələli şəkildə vakansiya tələblərinə ən uyğun gələn namizədlərdən başlayaraq vakansiyanın son müraciət tarixinə qədər bütün uyğun namizədlər ilə davam edəcək.

Müraciət etdikdən sonra hansı prosess gözlənilir?

İlkin əsas vəzifə tələblərinə uyğun gələn bütün namizədlər SMS/elektron poçt və ya telefon zəngi vasitəsilə cari vakansiya elanında göstərilən seçim mərhələlərini keçmək üçün növbəli şəkildə seçimlərə dəvət olunurlar.

Seçimlərin nəticələri haqqında məlumat nə zaman verilir?

Prosesi müsbət nəticələnən halda namizədlər ilə 2 iş günü ərzində əlaqə saxlanılacaq. Həmin namizədlər Tibbi Müayinəyə yönləndiriləcəklər. Tibbi Müayinədən keçən namizədlər işə qəbul üçün sənədləşmə mərhələsinə keçid alacaqlar.

Seçimləri keçməyən namizədlər ilə daha sonra əlaqə saxlanılacaq. İlk olaraq müvəffəqiyyət qazanan namizədlərin prosesi idarə olunacaq.

Vakansiya haqqında

Son tarix

oktyabr 30, 2023

Paylaşılıb

avqust 29, 2023

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat