"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Uyğunluğun təminatı üzrə aparıcı mütəxəssis

Uyğunluğun təminatı üzrə aparıcı mütəxəssis

09-06-2024

9.1K

Bağlanılıb

Təsvir

Qısa məlumat:

Uyğunluğun təminatı kollektivinin üzvü olaraq Uyğunluğun təminatı proqramının tətbiqi, idarə edilməsi və monitorinqinin həyata keçirilməsinə rəhbərlik edilməsinə, həmçinin yüksək riskli sahələrə və Şirkətin dəyərlərinə uyğun davranışa yönələn təlimlərin həyata keçirilməsinə görə məsuliyyət daşıyır. Uyğunluğun təminatı üzrə aparıcı mütəxəssis birbaşa Uyğunluğun təminatı şöbəsinin rəhbərinə tabedir. Uyğunluğun təminatı üzrə aparıcı mütəxəssis uyğunluğun təminatı ilə bağlı bütün məsələlər üzrə rəhbər heyətə tövsiyələrin verilməsinə, hüquq məsləhətçiləri ilə əməkdaşlıq edilməsinə, zəruri olduqda risklərin və fəaliyyət planlarının müəyyən edilməsinə, o cümlədən şirkət daxilində siyasət və prosedurların həyata keçirilməsinə görə məsuliyyət daşımalıdır. Uyğunluğun təminatı üzrə aparıcı mütəxəssis şirkət daxilində uyğunluğun təminatı ilə bağlı məsələləri/problemləri nəzərdən keçirməli və qiymətləndirməlidir. Uyğunluğun təminatı üzrə aparıcı mütəxəssis rəhbərlik və işçilər tərəfindən biznes etikası kimi risk sahələrində müəyyən edilən norma və qaydalara riayət edilməsini, şirkətin əsas siyasət və prosedurlarına əməl olunmasını və şirkətin Davranış kodeksinə və uyğunluğun təminatı proqramının digər əsas sahələrinə uyğun olmasını təmin etməlidir.

 

Vəzifə öhdəlikləri:

 

  • Uyğunluğun Təminatı şöbəsinin rəhbəri ilə məsləhətləşmələr apararaq Uyğunluq Təminatı şöbəsinin funksiyasını işləyib hazırlamaq.
  • Qeyri-qanuni, qeyri-etik və ya düzgün olmayan davranışların qarşısını almaq üçün Uyğunluğun Təminati Proqramının və onunla əlaqəli fəaliyyətlərin siyasətini və prosedurlarını hazırlamaq, tətbiq etmək, dəstəkləmək və onlara nəzarət etmək.
  • Uyğunluğun Təminatı Proqramının gündəlik işinə nəzarət etmək.
  • Uyğunluğun təminatı ilə bağlı məsələlərin araşdırılması və həll edilməsi məqsədilə həmin məsələləri müvafiq mövcud kanallara yönəltmək üçün digər şöbələrlə (məsələn: hüquq, daxili nəzarət, İR və s.) əməkdaşlıq etmək.
  • Tətbiq olunan qaydaların, siyasətlərin, prosedurların və Davranış Kodeksinin tələblərinin iddia edilən pozuntu hallarını qiymətləndirmək və araşdırmanın başlanması üçün tövsiyələrini vermək.
  • Riskləri təhlil edərək uyğunluğun təminatı sahəsində zəif nöqtələri və potensial riskləri müəyyən etmək, problemli məsələlərin həlli üçün təhsisedici tədbirlər planlarını hazırlamaq/həyata keçirmək və gələcəkdə analoji vəziyyətlərin qarşısını alınması və ya həll edilməsi üsulları barədə ümumi təlimatlar vermək.
  • Uyğunluğun təminatı üzrə məlumatlandırma proqramını dəstəkləmək, o cümlədən
  1. Uyğunluğun təminatı üzrə Qaynar Xətdən istifadəni;
  2. Davranış Kodeksi və digər müvafiq siyasətlər haqqında məlumatlılığın artırılmasını;
  3. Uyğunluğun təminatı sahəsində yeni və mövcud məsələlərin və müvafiq siyasət və prosedurların öyrənilməsini təşviq etmək.
  • Uyğunluğun təminatı üzrə səmərəli təlim proqramının, o cümlədən yeni işçilər üçün müvafiq işə qəbul təliminin, eləcə də bütün işçilər və rəhbərlik üçün davamlı təlimlərin hazırlanmasını dəstəkləmək.
  • Uyğunluğun təminatı ilə bağlı auditləri həyata keçirmək üçün Daxili Nəzarət şöbəsi ilə sıx əməkdaşlıq etmək.
  • Tranzaksiya əməliyyatları, yeni risk sahələri, şirkətin siyasət və ya prosedurlardakı çatışmazlıqlar və ya qeyri-müəyyənliklər və ya nəzarətin gücləndirilməli olduğu sahələr üzrə məsləhətlər vermək.
  • Üçüncü Tərəf İdarəetmə və KYC (Müştərini Tanı) proqramının yerli icrasına cavabdehlik daşımaq.
  • Qanunlar və qaydalar haqqında mövcud məlumatların əldə edilməsini, dəyişikliklərdən xəbərdar olunmasını təmin etmək.

Tələblər

  • Hüquq, Maliyyə, Biznes və ya İnsan Resursları üzrə bakalavr dərəcəsini bitirməli.
  • Uyğunluğun təminatı üzrə ixtisaslaşmış mütəxəssis (Certified Compliance Professional (CCP)) və ya ekvivalent sertifikata malik olmalıdır.
  • Uyğunluğun təminatı sahəsində 5 ildən artıq təcrübə.
  • Antiinhisar fəaliyyəti haqqında Qanunun icrasına, Korrupsiyaya Qarşı Mübarizə, Maraqların Toqquşması, Fraud, Sanksiyalara dair Uyğunluğun təminatı proqramlarının hazırlanması, tətbiqi və icrasında təcrübə.
  • Uyğunluq göstəricilərinin tərtib edilməsi və tətbiqi üzrə təcrübə.
  • Azərbaycan və ingilis dillərində mükəmməl şifahi və yazılı ünsiyyət qurmaq bacarıqları (rus dili biliyi üstünlükdür).
  • Peşəkar mühakimə yürütmək və işlə bağlı problemləri və ehtiyacları anlamaq və onlara cavab vermək bacarığı.
  • Dürüstlük, peşəkarlıq, sədaqət, hörmət və işgüzar etikanın yüksək standartlarına malik olmalıdır.
  • Müstəqil işləmək, habelə kiçik və böyük məsələlərin öhdəsindən eyni dərəcədə gəlmək bacarığı.
  • Mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqlarına sahib olmalı.
  • Mükəmməl təşkilatçılıq və fakt toplama bacarıqlarına sahib olmalı.

 

Vakansiya haqqında

Son tarix

iyun 15, 2024

Paylaşılıb

iyun 9, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Dövlət və sosial xidmətlər