Aztelekom MMC

Hüquqşünas

17-08-2023

436

Bağlanılıb

Təsvir

·       Şirkətin fəaliyyətinə hüquqi dəstək vermək, hüquqi təhlil işini icra etmək;

·       Cəmiyyətdaxili əmr, təlimat, qayda, prosedur və prosesləri tərtib etmək, onlara dair rəy vermək və ya həmin sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

·    Dövlət orqanlarında Cəmiyyəti təmsil etmək, onların sorğularını cavablandırmaq və müvafiq sənədləri hazırlamaq;

·       Hüquqi rəy üçün daxil olan daxili normativ sənəd və müqavilə layihələrinə rəy vermək;

·       İcrası planlaşdırılan kommersiya layihələrinin hüquqi ekspertizasını həyata keçirmək;

·       İdarəetmə orqanlarının qərarlarının icrasına nəzarət etmək;

·    Cəmiyyətin təsis sənədlərinə dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün zəruri sənədləşməni təşkil etmək;

·     Cəmiyyətin əqli mülkiyyət hüquqlarını qorumaq, əmtəə nişanlarının, patent hüquqlarının əldə edilməsi ilə bağlı hüquqi dəstək göstərmək;

·       İnzibati xəta üzrə və ya cinayət işləri üzrə Cəmiyyəti təmsil etmək;

·       Birbaşa rəhbərinin hüquq xarakterli digər tapşırıqlarını yerinə yetirmək.


Tələblər

·       Ali hüquq təhsili olmalı;

·       Korporativ hüquq sahəsi üzrə ən az 2 (iki) il iş təcrübəsinə malik olmalı;

·       Normativ-hüquqi aktlarla və onların tətbiqi qaydaları ilə iş təcrübəsi olmalı;

·       Şirkətdaxili normativ sənədlərin, prosedurların tərtib edilməsi təcrübəsi olmalı;

·       Korporativ idarəetmə sənədləri ilə iş təcrübəsi olmalı;

·       Yerli və xarici tərəfdaşlarla müqavilələrlə iş təcrübəsi olmalı;

·       Hüquq xarakterli sənədlərin sistemləşdirilməsi və qeydiyyatı qaydalarını bilməli;

·       Hüquqi nitq və yazışma qabiliyyəti olmalı;

·       Azərbaycan dilini sərbəst, ingilis və rus dilini yüksək səviyyədə bilməli;

·       Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməli;

·       Yüksək ünsiyyət, komandada iş və analitik təhlil bacarıqlarına malik olmalı;

·       İşgüzar, təşəbbüsçü və məsuliyyətli olmalı.

Vakansiya haqqında

Son tarix

sentyabr 17, 2023

Paylaşılıb

avqust 17, 2023

Vakansiya növü

Tam ştat

Kateqoriya

Hüquq