Baku Steel Company
Ana səhifə
/
/
/
İnsan resursları əməliyyatları üzrə mütəxəssis (Sumqayıt şəhəri)

İnsan resursları əməliyyatları üzrə mütəxəssis (Sumqayıt şəhəri)

11-09-2026

1.4K

Təsvir

  • Əmək müqavilələrinin ƏMAS sistemində qeydiyyata alınması və yenilənməsi
  • Əmək müqavilələrinin bağlanması, müqavilələrə dəyişiklik, əmək müqaviləsinə xitam üzrə sənədləşməni aparılması;
  • İşçilərin davamiyyətinin dəqiq və vaxtında aparılması, nəzarətdə saxlanılması;
  • İş vaxtının uçotu cədvəllərinin (tabel) hazırlanması və düzgünlüyünün yoxlanılması;
  • Ezamiyyət, məzuniyyət əməliyyatlarını əmək qanunvericiliyinə uyğun şəkildə icrası;
  • İşçilərin illik, sosial, ödənişsiz və digər məzuniyyət növləri üzrə müraciətlərinin qəbulu, yoxlanılması və əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilməsi;
  • Məzuniyyət qrafikinin hazırlanması və izlənilməsi, istifadə edilmiş və qalıq məzuniyyət günlərinin uçotunun aparılması, müvafiq məlumatların sistemdə vaxtında yenilənməsi.
  • Xəstəlik vərəqələrinin düzgünlüyünün yoxlanılması, qeydiyyatının aparılması və sənədləşdirilməsi;
  • İşçilərlə bağlı əmrlər, müqavilələr, razılaşmalar və digər sənədlərin hazırlanması, təsdiq prosesinin izlənməsi;
  • İntizam xətaları ilə bağlı daxil olan müraciətlərin araşdırılması və müvafiq qaydada sənədləşdirilməsi;
  • İşçilərə dair məlumatların dəqiq və aktual vəziyyətdə saxlanılması;


Tələblər


  • Ali təhsil (İnsan Resursları, İqtisadiyyat, İdarəetmə və ya əlaqəli sahələr);
  • Sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • MS Office proqramları (xüsusilə Word, Excel və Outlook) ilə yaxşı səviyyədə işləmək bacarığı;
  • 1C 8.3, ƏMAS, İSB sistemləri ilə iş təcrübəsi;
  • Yaxşı səviyyədə ünsiyyət qurmaq, problemləri həll etmək və komanda ilə işləmək bacarığı;
  • İşdə dəqiqlik, məsuliyyətlilik və detallara diqqət;
  • Eyni anda bir neçə tapşırığı idarəetmə və vaxtında icraetmə bacarığı;
  • Rəhbərlik və digər şöbələrlə səmərəli əməkdaşlıq qurmaq bacarığı;
  • Azərbaycan və rus dillərini səlis bilmək;


İş yeri:

  • Sumqayıt şəhəri



Vakansiya haqqında

Son tarix

October 11, 2026

Paylaşılıb

sentyabr 11, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

İmtiyazlar

  • Nahar təminatı
  • Rəqabətli əmək haqqı;