CÜZDAN MMC
Ana səhifə
/
/
/
Daxili Nəzarət və Komplayens şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi

Daxili Nəzarət və Komplayens şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi

  • CÜZDAN MMC
  • SAT Plaza, 133 Bashir Safar-Oghlu St, Baku 1009, Azerbaijan
  • Tam ştat

01-09-2026

125

Təsvir

  • Şirkətin daxili qayda, siyasət və prosedurlarından irəli gələn tələblərin icrasının monitorinqinə dəstək göstərmək;
  • Komplayens və daxili nəzarət fəaliyyəti üzrə tələb olunan məlumat və sənədlərin toplanmasını, sistemləşdirilməsini və uçotunun aparılmasını təmin etmək;
  • Müştərilər və əməliyyatlar üzrə ilkin yoxlamaların aparılmasında, o cümlədən KYC məlumatlarının və təqdim edilmiş sənədlərin yoxlanılmasında iştirak etmək;
  • Müştərilərin PEP, sanksiya siyahıları, yüksək riskli ölkə və digər müəyyən edilmiş risk meyarları üzrə yoxlanılmasını həyata keçirmək;
  • Şübhəli, qeyri-adi və yüksək riskli əməliyyatlar üzrə tələb olunan məlumatları toplamaq və ilkin araşdırmanın aparılmasına dəstək göstərmək;
  • Aşkarlanmış uyğunsuzluq, çatışmazlıq və risk halları barədə birbaşa rəhbərə məlumat vermək;
  • Komplayens riskləri, çatışmazlıqlar, tapşırıqlar və tədbirlər üzrə reyestrlərin və digər uçot sənədlərinin aparılmasına dəstək göstərmək;
  • Daxili nəzarət yoxlamaları zamanı tələb olunan sənəd və məlumatların toplanmasını həyata keçirmək;
  • Daxili qayda, prosedur, təlimat, hesabat, arayış, xidməti qeyd və digər sənədlərin hazırlanmasında texniki və təşkilati dəstək göstərmək;
  • Dövlət orqanlarından, Mərkəzi Bankdan, Maliyyə Monitorinqi Xidmətindən və digər aidiyyəti qurumlardan daxil olan sorğular üzrə tələb olunan məlumatların toplanmasında iştirak etmək;
  • Şöbənin fəaliyyəti üzrə dövri hesabatların hazırlanması üçün zəruri məlumatların toplanmasını və sistemləşdirilməsini həyata keçirmək;
  • Aşkarlanmış çatışmazlıqların aradan qaldırılması üzrə verilmiş tapşırıqların icra vəziyyətinin izlənilməsinə dəstək göstərmək;
  • Komplayens, ƏL/TMM və daxili nəzarət üzrə təlimlərin təşkili və təlim materiallarının hazırlanmasında iştirak etmək;
  • Hesabatlılıq prosesləri üzrə məlumatların toplanmasına və ilkin yoxlanılmasına dəstək göstərmək;
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə elektron və kağız daşıyıcılarda sənədlərin düzgün saxlanılmasını və məlumatların aktuallığını təmin etmək;
  • Birbaşa rəhbər tərəfindən şöbənin fəaliyyət istiqamətlərinə uyğun verilən digər tapşırıqları yerinə yetirmək.

Tələblər

  • Ali təhsil; hüquq, iqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi və ya digər uyğun ixtisaslara üstünlük verilir;
  • Komplayens, daxili nəzarət, ƏL/TMM, risklərin idarə edilməsi və ya maliyyə sektorunda təcrübə arzuolunandır;
  • Azərbaycan Respublikasının ƏL/TMM və maliyyə sektoru üzrə qanunvericiliyi barədə ilkin biliklər;
  • KYC, müştəri uyğunluğu və əməliyyatların monitorinqi üzrə baza bilikləri;
  • MS Office proqramlarında, xüsusilə Word və Excel-də işləmək bacarığı;
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
  • Rus və ingilis dili bilikləri üstünlük hesab olunur;
  • Məlumatların təhlili və sənədlərlə işləmək bacarığı;
  • Məxfi məlumatlarla işləyərkən konfidensiallıq prinsiplərinə riayət etmək bacarığı;
  • Maliyyə texnologiyaları, ödəniş xidmətləri və elektron pul sahəsinə maraq və öyrənməyə hazırlıq.

Vakansiya haqqında

Son tarix

September 30, 2026

Paylaşılıb

sentyabr 1, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər