FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Baş Ofis üzrə
Müştəri Xidmətləri Təmsilçisi (Əlaqə Mərkəzi) vəzifəsini elan edir.
Vəzifənin əsas öhdəlikləri hansılardır?
- FINCA məhsul qayda və şərtlərinə uyğun olaraq kredit müraciətlərinin çeşidlənməsi və kateqoriyalara bölünməsi: Növbəti satışlar və proseslərin paylanmasına zəmanət verilməsi üçün uyğun müraciətin Kredit Satışları Bürosuna göndərilməsi, ətraflı rəyi ərizəçiyə təqdim etməklə kredit müraciətindən imtina edilməsi;
- Kredit müraciətinə hər hansı düzəlişlərin tələb edilməsi barədə (telefon və WhatsApp vasitəsilə) müştərilərə xəbər vermək və tələb olunmuş qaydada telefon və ya WhatsApp vasitəsilə müştərilərə dəstək göstərilməsi;
- FINCA, kredit prosesi və kredit şərtləri barədə müştəriyə ilkin məlumatları vermək;
- Kredit yoxlanışı prosesinin keyfiyyət və səmərəliliyini təkmilləşdirmək məqsədilə Satış komandası ilə əməkdaşlıq etmək və müxtəlif təcrübələrdə iştirak etmək;
- Ehtiyac olarsa hesabatdan və ya sistem vasitəsilə müştərinin cari kredit və iş yeri ilə tanış olmaq;
- Ərizəçilərə düzəlişlərlə birlikdə müraciətlərini yenidən təqdim etmələri və ya zənglərin xüsusiləşdirilməsi üzrə təyin olunmuş qaydalar əsasında tələb olunan sənədləri təqdim etmələrini xatırlatmaq;
- Kredit vermə ilə bağlı nəzarətçi tərəfindən həvalə olunmuş digər tapşırıqları yerinə yetirmək.