21-02-2023
449
Market və müştəri araşdırması
· Bazar araşdırması həyata keçirmək, istehsalata dair məlumat bazalarını qoruyub saxlamaq və marketinq məkanına dair məlumatları təhlil etmək.
· Marketinq mütəxəssisləri və digər heyət üzvləri ilə əməkdaşlıq çərçivəsində istehlakçı rəyləri və marketinq strategiyalarına dair araşdırma aparmaq.
· Rəqiblərlə bağlı məlumat toplamaq və onlara aid məhsulları, iş proseslərini, qiymətləri, satışları, marketinq metodlarını və bölüşdürmə üsullarını təhlil etmək.
· Potensial bazarı və məhsul tələbinə təsir edə biləcək amilləri müəyyənləşdirmək üçün istehlakçı demoqrafiyası, istehlakçı seçimi, ehtiyacı, alıcılıq vərdişləri və digər məsələlərə dair lazımi məlumatları toplamaq və təhlil etmək.
Məhsul araşdırması və qiymətləndirilməsi
· Yeni məhsul konseptinin irəli sürülməsi ilə bağlı təşkil olunmuş görüşlərdə iştirak etmək.
· Kəmiyyət və keyfiyyət təhlilləri və tövsiyələr vasitəsilə satış komandasını dəstəkləmək.
· Ehtiyac olduğu təqdirdə, istehlakçı seqmentlərini, rəqibləri, məhsulun inkişafını təhlil etmək və məhsul və ya proseslərə ediləcək dəyişiklikləri təklif etmək.
· Konsept fazasından başlayaraq məhsul bazara təqdim olunduqdan sonrakı təhlil fazasınadək məhsulun inkişaf prosesinin idarə olunmasına yardım etmək.
Hesabat vermə
· Araşdırma nəticələri barədə hesabatlar hazırlayır, məlumatı qrafik şəkildə təsvir edir və mürəkkəb tapıntıları yazılı mətnə çevirir.
· Marketinq və satış trendləri barədə proqnoz verir və onları izləyir, toplanmış məlumatları təhlil edir.
Təhsil
Bakalavr elmi dərəcəsi tələb olunur, Magistr və ya MBA (Biznes İdarəçiliyi üzrə Magistr) dərəcəsi arzuolunandır
Təcrübə
Marketinq, sosial araşdırmalar, müştəri davranışlarının təhlili və ya əlaqəli sahələrdə ən azı 2 il təcrübə (maliyyə sektorunda təcrübə arzuolunandır)
Bilik və bacarıqlar
1) Sorğu alətləri və məlumat toplama metodları (sorğular, fokus qruplar, sorğular və s.) haqqında kifayət qədər bilik.
2) Araşdırmanın kəmiyyət və keyfiyyət metodlarından istifadə edərək market araşdırmasını formalaşdırmaq, həyata keçirmək, təhlil etmək və onun barədə hesabat vermək bacarığı
3) Statistik data təhlil proqramları üzrə biliklərin olması üstünlükdür (Power BI, Tableau və s.)
4) Zamandan səmərəli istifadə etmək və qarşıya qoyulan öhdəlikləri zamanında və ya daha tez icra etmək bacarığı
5) Azərbaycan daxilində müxtəlif regionlara müntəzəm olaraq səfərlər etmək imkanı
6) Mükəmməl ünsiyyət, təqdimat və müsahibə bacarıqlarına, dəqiqlik və komanda ruhuna malik olmaq
7) Microsoft Word, Excel, PowerPoint və Outlook proqramlarında təcrübəlilik və digər lazımi proqramları öyrənmək istəyi
8) Azərbaycan dilində mükəmməl yazmaq və danışmaq qabiliyyəti. Rus və İngilis dillərini bilməsi arzuolunandır.
Son tarix
mart 16, 2023
Paylaşılıb
fevral 21, 2023
Vakansiya növü
Tam ştat