Facility Management Group
Ana səhifə
/
/
/
Havalandırma sistemləri üzrə mütəxəssis

Havalandırma sistemləri üzrə mütəxəssis

01-02-2024

656

Bağlanılıb

Təsvir

·      İsitmə-soyutma, hava tədarükü sistemlərin/avadanlıqların mexaniki, elektrik, elektron və avtomatlaşdırılmış hissələrində müayinə, texniki xidmət, təmir-bərpa, quraşdırma və sazlama işlərin icrası;

·      Mexaniki sistemlərdə təhlükələrin, potensial risklərin, istismar standartlarından kənarlaşma hallarının müəyyən edilməsi, aradan qaldırılması və qeydiyyata alınması;

·      İsitmə-soyutma, hava tədarükü sistemlərində mövcud avadanlıq/elementlərin əvəzlənməsi, yeni avadanlıqların/elementlərin quraşdırılması, sazlanması, sınağı və istismara buraxılması;

·      Müxtəlif müayinə və sınaq cihazları və alətləri vasitələri ilə sistemin/elementlərin işçi göstəricilərinin yoxlanılması, nasazlıqların və kənarlaşmaların aşkarlanması;

·      Aşınmış avadanlıqların və onların elementlərinin təmiri, bərpa edilməsi və yenisi ilə əvəz edilməsi;

·      İcra edilən işlərin, müayinələrin və sınaqların qeydiyyata alınması və müvafiq hesabatların təqdim edilməsi;

·      İsitmə-soyutma, hava tədarükü sistemlərin/avadanlıqların əvəzlənməsi üçün texniki tələblərin müəyyən edilməsi və lazım olduqda alternativ təkliflərin verilməsi;

·      Əmək təhlükəsizlik qaydalarına və əsas fəaliyyət göstəriciləri tələblərinə riayət edilməsi;

·      İşlər üzrə hesabatlılıq qaydalarına riayət edilməsi və müvafiq qeydiyyatların rəqəmsal formatda aparılması.

Tələblər

·      Müvafiq sahə üzrə Peşə və ya Ali təhsil;

·      Müvafiq ixtisası təsdiq edən təlim şəhadətnaməsi;

·      Müvafiq sahə üzrə minimum 5 il təsdiqli iş təcrübəsi;

·      Əla fiziki sağlamlıq və yüksəklikdə iş bacarığı;

·      Yaşayış və kommersiya ərazilərinə dair isitmə-soyutma və havalandırma standartlar və tələblər üzrə əsaslı biliklər;

·      Yaxşı ünsiyyət və hesabatlılıq bacarıqları;

·      Fövqəladə və qəza hallarında səriştəli hərəkət etmək bacarıqları.

Vakansiya haqqında

Son tarix

mart 12, 2024

Paylaşılıb

fevral 1, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Xidmət sahələri

İmtiyazlar

  • Könüllü tibbi sığorta