· Komandada digər back end proqramçıları idarə etmək, qrup rəhbərinin tələbi əsasında onların lazımi bilik və təcrübə əldə etməsi üçün mentorluq etmək
· Rəqəmsal məhsulların yaradılması üzrə back-end proqram çərçivələrindən istifadə etməklə keyfiyyətli, dayanıqlı, təhlükəsiz proqram təminatları hazırlamaq.
· Proqram təminatında baş verəcək hadisələrin qeydiyyatının aparılması, məlumatların daxili və kənar sistemlərə mövcud tələblər əsasında inteqrasiya edilməsi və izlənməsi
· Bulud hesablama həlləri üzrə inteqrasiyalar, CI/CD prosesində yaxından iştirak etmək, digər bulud texnologiyalarını idarə etmək
· Back-end həllərin yaradılması üzrə mövcud prinsip və prosedurları tətbiq edərək ölçülə bilən, dayanıqlı və imtinaya davamlı proqramlar yaratmaq
· Deqiq və funksional həllər üçün qəbul edilmiƒ konvensiya v? qaydalara uyºun kodlar yazmaq, komandada digər proqramçìlarìn kodlarìnì nəzərdən keçirmək
· Biznesin tələblərini ətraflı şəkildə analiz etmək, üçüncü tərəflə işləmək, onların təmin etdiyi verilənlər bazası, kitabxanalar və APİ-lar ilə çalışmaq.
· Məneələrin aradan qaldırılması və biznes ehtiyaclarını ödəmək üçün texniki həllərin hazırlanması. Digər komanda fərdləri ilə mütəmadi işləmək, arxitektual həllər hazırlamaq və ümumi arxitekturaya optimallaşdırma təklifləri vermək
· Agile işləmə yollarını təkmilləşdirmək və dəstəkləmək
· Komandanın cavabdehlik daşıdığı proqram təminatlarının unit, inteqrasiya testlərini hazırlamaq, həmçinin keyfiyyət yoxlama testlərində aktiv iştirak etmək. Sürət, keyfiyyət və stabillik üçün testlər aparmaq
· Şöbəsinin fəaliyyətlərini şirkətdə mövcud olan daxili prosedurlara, məxfilik siyasətinə və dövlət qanunvericiliyinə uyğun olaraq həyata keçirmək.
Komputer bilikləri:Müvafiq dillərdən hər hansı birini mükəmməl səviyyədə bilmək: Java, Kotlin, Golang, Python. Verilənlərin strukturu və alqoritm üzrə mükəmməl biliyin olması.
İnfrastruktur dizayn və prinsipləri haqqında dərin anlayışın və təcrübənin olması. Maksimal əhatəli unit və inteqrasiya testlərini tərtib etmək. Məlumat bazaları (SQL, NoSQL) və onların effektiv həlləri üzrə mükəmməl biliklər. Kodlaşdırma standartları və təcrübələrini dərindən bilmək. LDAP, SSO, şəbəkə protkolları (Restful, SOAP, gRPC və s.) və build alətləri üzrə mükəmməl biliklər. CI/CD təcrübəsi, konteylerlərlə işləmək bacarığı, Multi-Threading üzrə təcrübə, monitorinq alətlərinin istifadə təcrübəsi;
Son tarix
sentyabr 24, 2024
Paylaşılıb
avqust 15, 2024
Vakansiya növü
Tam ştat