· Müstəqil və köklü araşdırma aparmaq bacarığı: İstifadəçilərin və müştərilərin istifadə təcrübələrini öyrənmək, anketlər, müşahidələr və fokus qrupları vasitəsilə verilənləri toplamaq. Bu məlumatları analiz edərək istifadəçilərin ehtiyaclarını və problemlərini müəyyən etmək;
· İstifadəçi ehtiyaclarına uyğun olaraq flowların, interfeyslərin və prototiplərini hazırlamaq. Bu, veb saytlar, mobil tətbiqlər və digər rəqəmsal interfeyslər üçün şablobların, elementlərin yaradılmasını əhatə edir;
· Bankın korporativ kimliyinə və marka qaydalarına uyğun dizaynlar yaratmaq. Bu, rənglər, fontlar və digər vizual elementlər üzərində işləməyi daxil edir;
· Dizayn həllərini müxtəlif istifadəçi qrupları ilə test etmək və onlardan geribildiriş toplamaq. Bu geribildirişlərə əsaslanaraq dizaynları optimallaşdırmaq və istifadəçi təcrübəsini yaxşılaşdırmaq;
· PAŞA Bank-ın Dizayn sistemindən istifadə etmək, yeni komponentlər və qaydalar yaratmaq bacarığı;
· Məhsul, marketinq, IT, hüquq və digər əlaqəli departamentlərlə yaxın işləmək. Ümumi məqsədləri və layihə tələblərini qarşılamaq üçün effektiv kommunikasiya və koordinasiya bacarıqlarını nümayiş etdirmək;
· İstifadəçi təcrübəsini artırmaq üçün komandaya dizayn layihələrdə dəstək;
· İstifadəçilərin bankın rəqəmsal məhsulları arasında asan və effektiv şəkildə hərəkət etmələrini təmin etmək üçün istifadəçi flowlarını təhlil etmək, optimallaşdırmaq və yaratmaq. Həmçinin, dizayn komandasına bu axınlarla bağlı təlimatlar vermək və bu sahədə olan yenilikləri komandaya ötürmək;
· Layihə və məhsulların hazırlanmasında müştəri təcrübəsi, istifadəçiyə yönümlü interfeyslər və prototiplərlə yüksək səviyyədə işləmək bacarığı;
· Rəqəmsal həllərin yaradılmasına dəstək olan seminarların və "Design Thinking" yanaşmasının tətbiq edilməsi;
· Komandada UX/UI biliklərinin artırılmasında bilavasitə rol oynamaq bacarığı;
· Məhsulların dizayn tərtibatının yaradılması zamanı komanda üzvlərinə tövsiyyələr və rəylər vermək bacarığı;
· Məhsulun hazırlanma prosesində komandada olan mühəndislərlə sıx əlaqədə olaraq onun müştərilərə mükəmməl şəkildə təhvil verilməsinə nəzarət etmək;
· Komanda üzvlərinin potensialını artırmaq üçün mentorluq və rəhbərlik etmək;
· Dizayn strategiyalarını işləmək və bankın ümumi məqsədlərinə uyğun dizayn hədəflərini müəyyən etmək. Dizayn və məhsul komandalarına rəhbərlik etmək, onların işinə yön və motivasiya vermək;
· Bankın rəqəmsal və fiziki məhsulları üçün bütün dizayn standartlarını təyin etmək. Bu, marka kimliyi, istifadəçi interfeysi (UI), istifadəçi təcrübəsi (UX) və əlçatanlıq standartlarını əhatə edir;
· Yeni texnologiyaları və dizayn metodologiyalarını öyrənmək və bankın rəqəmsal məhsullarına inteqrasiya etmək. Bu, süni intellekt, maşın öyrənməsi və bulud texnologiyaları kimi sahələrdə yenilikləri əhatə edə bilər.
Son tarix
oktyabr 19, 2024
Paylaşılıb
sentyabr 9, 2024
Vakansiya növü
Tam ştat
PASHA Bank ● Bakı, Azərbaycan
Bu gün
18
PASHA Bank ● Bakı, Azərbaycan
Bu gün
2.1K
PASHA Bank ● Bakı, Azərbaycan
Dünən
2.1K
PASHA Bank ● Bakı, Azərbaycan
Dünən
4.5K