İstifadəçilərin ehtiyaclarını toplamaq və anlamaq üçün onlarla işləmək. Daha sonra tələb olunan inkişaf məsələlərində iştirak etmək
Təşkilat üçün kod standartlaşma və avtomatlaşma prosesini yaratmaq
Proqram relizləri, konfiqurasiyası, monitorinqinə məsul olmaq və bütün istehsal sisteminin komponentlərinə və infrastruktura dəstək olmaq
Unix/Linux və cloud platformalarında mövcud sistemləri, xidmətləri və infrastrukturu analiz etmək və onları təkmilləşdirmək
Çatdırılma vaxtı, kod keyfiyyəti və prosesin effektivliyinin təkmilləşdirilməsi layihələrinin planlaşdırılmasında iştirak etmək
Hadisələrə davamlı reaksiya təcrübəsini tətbiq edilməsi və müzakirələrinin aparılması
Bütün hadisələrin və xidmət tələblərinin ixtisaslaşdırılmış araşdırmasını və diaqnostikasının təmin edilməsi. Problemlərin təyin edilməsi. Həll etmə yollarının istifadəçilərlə təsdiq edilməsi və təyinatı üzrə problemlərin həlli.
Tələblər
Təhsil: Kompüter elmi və ya əlaqəli texniki sahə üzrə Bakalavr təhsili.
İş təcrübəsi: Minimum 1 il iş təcrübəsi;
Lisenziya/ Sertifikat: RHCSA üzrə sertifikata üstünlük verilir
Xarici dillər: İngilis dili (yaxşı) ;
Kompüter bilikləri: Linux OS family, Apache Tomcat, Docker, Ansible, Jenkins, Python və ya Bash scripting üzrə təcrübə.
Məhsul bilikləri: Agile və CI/CD, mənbəyə nəzarət vasitələri və yazı dili üzrə məlumatlı olmaq;
Bazar üzrə bilik: DevOps trendləri.
Başqa tələblər: Komandada və çoxlu tapşırıqlarla işləmək bacarığı. Yaxşı analitik bacarıqlar.