Hər bir məhkəmə, icra qeydi və icra işi üzrə zəruri sənədləri bankın aidiyyəti struktur bölmələrindən, habelə bankdan kənar qurumlardan əldə edilməsi, aidiyyatı üzrə təqdim edilməsi və icrasına effektiv nəzarət edilməsi;
Notariusun icra qeydi və işin birinci instansiya məhkəməsinə verilməsi üçün şöbədaxili hazırlanmış sənədlərin məzmununun, habelə sənədlər paketinin yoxlanması;
Hüquqi bazanın təkmilləşdirilməsi və rəqəmsallaşma çağırışlarına uyğun təkliflər layihəsinin təşəbbüskarı olmaq və müvafiq təkliflərin şöbə rəhbərinə verilməsi;
Məhkəmə və icra işləri üzrə səhih hesabatlığın hazırlanmasının təşkili;
Hər bir məhkəmə və icra işi üzrə bütün məlumatları əhatə edən müştərilərin əleyhinə olan məhkəmə işlərinin reyestrini aparılması və onların vaxtında yenilənməsi;
Məhkəmə işləri ilə bağlı dövlət qurumlarından və publik hüquqi şəxslərdən daxil olan müraciətlərin vaxtında cavablandırılmasına nəzarət;
Məhkəmə işləri üzrə apelyasiya şikayətlərinin hazırlanması və müvafiq məhkəmə instansiyasına təqdim edilməsi və s.