PASHA Bank
Ana səhifə
/
/
/
Kibertəhlükələrin Aşkarlanması və Cavab üzrə Kiçik Mütəxəssis

Kibertəhlükələrin Aşkarlanması və Cavab üzrə Kiçik Mütəxəssis

19-01-2024

3K

Bağlanılıb

Təsvir

İşiniz nədən ibarətdir?


  • Təhlükəsizlik riskləri və təhdidlərini aşkarlamaq məqsədilə təhlükəsizlik hallarının monitorinqi və analizinin aparılması üçün müxtəlif təhlükəsizlik və monitorinq vasitələrindən istifadə etmək;
  • İnsidentlərin mövcudluğunu yoxlamaq;
  • Son istifadəçilər tərəfindən email vasitəsilə daxil olan həyacanları nəzərdən keçirmək və sorğu açmaq;
  • Daxil olan sorğuların birinci dərəcəli çeşidlənməsini aparmaq(hadisənin prioritetliyinin ilkin qiymətləndirilməsi, risk və zədələrin müəyyən edilməsi və ya təhlükəsizlik və ya məxfi məlumat sorğusunun müəyyən edilməsi məqsədilə insidentin ilkin aşkarlanması);
  • İlkin tədqiqat aparmaq;
  • Həyacanların və onlara asılı olan sistemlərin monitorinqini aparmaq;
  • Yüksək prioritetli insidentlər haqqında L2 analitiklərini məlumatlandırmaq;
  • İnsidentləri L2 analitiklərinə eskalasiya etmək;
  • İnsidentlərin həllində hətta onlar artıq eskalasiya olunduğu təqdirdə aktiv iştirak etmək(məlumat toplama);
  • İnsidentin idarəedilməsi prosesini dəstəkləmək üçün digər komanda heyəti ilə sıx çalışmaq;
  • Təyin olunmuş sorğuların növbəliliyi əsasında işləmək;
  • Aşağı və bəzi orta dərəcəli insidentlərə cavab vermək;
  • Yanlış həyacanlarla bağlı mühəndislik komandasına məlumat vermək;
  • Cari zəifliklər və təhdidlər haqqında xüsusilə, daxili sistemlərə birbaşa təsir edənlər haqqında məlumatlı olmaq;
  • Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək;
  • İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq;
  • Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.

Tələblər

Sizdən nə tələb olunur?


  • Təhsil: İnformasiya texnologiyaları, Riyaziyyat və digər əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
  • Tələb olunan iş təcrübəsi:  İT Əməliyyatları üzrə minimum 0-1 il iş təcrübəsi;
  • Lisenziya / Sertifikat: Arzuolunan- CCNA, RHCSA, MCP, MCITP, CCNA Security, CompTIA Security+;
  • Xarici dillər: İngilis(orta),Rus dili arzuolunan(orta);
  • Kompüter bilikləri:

-      Ümumi kibertəhlükəsizlik anlayışı;

-      Ümumi desktop OS və server OS biliyi;

-      Şəbəkə protokolları (i.e. TCP/IP);

-      Təhlükəsizlik təhdidləri və zəifliklər haqqında ümumi məlumat;

-      Active Directory, LDAP, DNS, VPN və DHCP haqqında anlayış;

-      Host-based firewalls, Anti-Malware, HIDS haqqında bilik;


  • Başqa tələblər:

-       Güclü analitik və problemi həll etmə bacarıqları;

-      Təzyiq altında işləmək;

-      Bir komandada səmərəli işləyə bilən komanda oyunçusu;

-      Multi-tasking environment;

-      Effektiv şifahi və yazılı ünsiyyət bacarıqları;

-      Cari insidentə cavab siyasəti ilə işləmək bacarığı.

Vakansiya haqqında

Son tarix

fevral 28, 2024

Paylaşılıb

yanvar 19, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə