PASHA Bank
Ana səhifə
/
/
/
Rəqəmsal Kredit Maliyyələşdirilməsi üzrə Məhsul Sahibi (PO)

Rəqəmsal Kredit Maliyyələşdirilməsi üzrə Məhsul Sahibi (PO)

03-10-2023

509

Bağlanılıb

Təsvir

İşiniz nədən ibarətdir?


  • Rəqəmsal kreditləşdirmə dəyər təklifi və biznes prosesi strategiyaları ilə bağlı işlərin işlənib hazırlanması və icrası;
  • Məhsul strategiyasının epic/tapşırıqlara çevirməsi və əldə olunan dəyərin maksimallaşdırılması istiqamətində prioritetləşdirilməsi;
  • Prioritet epic/story-lərin həyata keçirilməsinə və satış üçün maneələrin aradan qaldırılmasına diqqət yetirmək;
  • Məhsulun bank sistemlərində səliş işinin təmin olunmas
  • Rəqəmsal maliyyələşmə məhsullarının biznes məqsədlərinə çatması üçün strategiyanın icrası; 
  • Sənədlərin, kompüterlərin, faylların və bütün məxfi məsələlərin bankdaxili nəzərdə tutulduğu kimi müvafiq qaydada idarə olunmasını təmin etməklə həssas müştəri və bank məlumatlarının qorunnması;
  • Fırıldaqçılığın qarşısının alınması;
  • Rəqabətlilik mənzərəsini başa düşmək və kredit biznesində bank imkanlarını müəyyən etmək üçün bazarın araşdırılması;
  • Bank prosedurlarına uyğunluq;
  • Mütəmadi olaraq hesabat vermək və rəhbər tərəfindən verilən digər tapşırıqların icrası;
  • Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək;
  • İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq;
  • Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq.

Tələblər

Sizdən nə tələb olunur?

3 ildən artıq məhsul inkişafı üzrə peşəkar təcrübə (biznes və ya İT);

• Güclü analitik bacarıqlar, verilənləri (data) dərindən analiz etmək və anlamaq və ondan qərarları; istiqamətləndirmək üçün istifadə etmək və son məhsulu formalaşdırmaq bacarığı; 

• Sürətli rejimdə nəticə yönümlü işləmək bacarığı; 

• Keyfiyyətli rəqəmsal məhsulların çatdırılması ilə yanaşı, həm də biznes bankçılığı (KOS, korporativ bankçılıq) anlayışına və ya ən azından B2B məhsulları üzrə anlayışa, eləcə də ekspertin anlayışına malik olmaq;

• Çoxşaxəli biznes sahələri ilə effektiv əlaqə qurmaq qabiliyyətinə sahib olmaq (marketinq, satış, maliyyə, əməliyyat, texnologiya və s.);

• Komandada işləmə bacarığı; 

• Problemləri həll etmə bacarığı;

• Konfliktlərin idarəedilməsi; 

• Agile və ya Dizayn Thinking üzrə biliklərə sahib olmaq;

• Biznes maliyyəsi üzrə anlayış, məhsuldan asılı olaraq digər bilik və bacarıqların olması; 

• Azərbaycan dili – səlis;

• İngilis dili – orta (min. Intermediate).


Vakansiya haqqında

Son tarix

noyabr 2, 2023

Paylaşılıb

oktyabr 3, 2023

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə