Prime Cotton

SƏTƏM koordinatoru

  • Prime Cotton
  • Sabirabad şəhəri Heydər Əliyev pr.2
  • Tam ştat

Dünən

81

Təsvir

  • Şirkətin SƏTƏM siyasət və prosedurlarının tətbiqini koordinasiya etmək;
  • SƏTƏM üzrə daxili qaydaların hazırlanmasında və yenilənməsində iştirak etmək;
  • SƏTƏM göstəricilərinin monitorinqini həyata keçirmək və hesabatlar hazırlamaq;
  • İş yerlərində risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsinin təşkilində iştirak etmək;
  • Risklərin azaldılması üzrə tədbirlərin hazırlanması və icrasını təşkil etmək;
  • Sahələrdə və iş yerlərində planlı və plandankənar SƏTƏM yoxlamaları keçirmək;
  • Qəza, insident və təhlükəli halların araşdırılmasında iştirak etmək;
  • Fövqəladə hallarla bağlı prosedurların tətbiqinə nəzarət etmək;
  • Təxliyə və fövqəladə vəziyyət təlimlərinin təşkilində iştirak etmək;
  • Müvafiq avadanlıqların və vasitələrin vəziyyətinə nəzarət etmək.

Tələblər

  • SƏTƏM qanunvericiliyi, risklərin qiymətləndirilməsi, insident araşdırılması, audit və inspeksiya metodları üzrə biliklərə malik olmaq;
  • ISO 45001 və ISO 14001 standartları üzrə iş təcrübəsi və ya praktiki biliklər üstünlük hesab olunur;
  • MS Office proqramlarından, xüsusilə Excel, Word və PowerPoint-dən sərbəst istifadə bacarığı tələb olunur;
  • Güclü ünsiyyət, koordinasiya, problem həll etmə və qərarvermə bacarıqlarına malik olmalı, müxtəlif səviyyəli əməkdaşlarla effektiv işləyə bilməlidir;
  • Lazım gəldikdə ezamiyyətlərə və əlavə iş saatlarına uyğunlaşmaq imkanına malik olmaq.

Vakansiya haqqında

Son tarix

October 2, 2026

Paylaşılıb

sentyabr 2, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı