Tabaterra MMC
Ana səhifə
/
/
/
Əməliyyatların təkmilləşdirilməsi üzrə menecer (Ağdam)

Əməliyyatların təkmilləşdirilməsi üzrə menecer (Ağdam)

26-08-2026

115

Təsvir

  • İstehsal məlumatlarının təhlil edilməsi, dayanma (downtime) və səmərəsizliklərin kök səbəblərinin müəyyən edilməsi;
  • Şöbələr (İstehsalat, Keyfiyyət, Texniki Xidmət və s.) arasında əlaqələndirici qismində çıxış edərək uzlaşmanı və sistemli problem həllinin təşviq edilməsi, dəyişikliklərin idarə olunması təşəbbüslərinə rəhbərlik edilməsi;
  • Növbə və xətt rəhbərliyi səviyyəsində menecerin iş standartlarını tətbiq etmək, auditini aparmaq və kouçinq keçirilməsi;
  • CIL (təmizləmə, yoxlama və yağlama) və CL (mərkəz xətti) sənədlərinin vaxtında hazırlanması və yenilənməsi. CIL rutinləri və CL üzrə müəssisə daxilində uyğunluğun təmin edilməsi;
  • Brend dəyişikliyi təhlilinə rəhbərlik edilməsi və dəyişiklik müddətinin qısaldılması. Dəyişiklikdən sonrakı sürət düşmələrini, işəsalma tullantılarını və stabilləşmə gecikmələrini aradan qaldırmaq üçün keçid prosedurlarının və parametr tənzimləmələrinin standartlaşdırılması;
  • Strukturlaşdırılmış nasazlıq və proses uğursuzluqlarının aradan qaldırılması metodologiyalarının (məsələn, 5 Niyə, RCFA) istiqamətləndirilməsi. Ən böyük itkiləri hədəfə alaraq aradan qaldırılması;
  • Müəssisənin defektlərin idarə olunması çərçivəsinin idarə edilməsi. Teq (tag) qeydiyyatının təşviq edilməsi, defektlərin həlli üzrə gözləmə siyahılarının prioritetləşdirilməsi və təkrarlanan defektlərə qarşı əks-tədbirlərin tətbiq edilməsi;
  • Növbə DDS və modul DDS rutinlərinin auditinin aparılması və kouçinq keçirilməsi. Növbə problemlərinin aktiv tapşırıq idarəetmə izləyicilərinə maneəsiz eskalasiyasını təmin etməklə əməliyyat boşluqlarının bağlanmasına nail olunması;
  • Növbə rəhbərlərinə, xətt liderlərinə və texniklərə istehsalın idarəetmə sistemi alətləri, sürətli çeşid dəyişikliyi intizamı və davamlı təkmilləşdirmə düşüncə tərzi üzrə kouçinq keçirilməsi.

Tələblər

  • Təhsil: Menecment, Sənaye Mühəndisliyi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi.
  • Təcrübə: əməliyyatlar, layihələrin idarə olunması və ya davamlı təkmilləşdirmə sahəsində 4–6 il iş təcrübəsi. FMCG sahəsində təcrübə üstünlükdür.
  • Əsas kompetensiyalar: güclü analitik qabiliyyət və dəyişikliklərin idarə olunması bacarıqları.
  • Dil bilikləri: Azərbaycan dili — ana dili səviyyəsində/səlis; İngilis dili — yüksək səviyyədə.

Vakansiya haqqında

Son tarix

September 25, 2026

Paylaşılıb

avqust 26, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

İmtiyazlar

  • Tibbi sığorta
  • Yaşayış yeri
  • Nahar şirkət tərəfindən təmin edilir.