Bankda aparılan biznes və ona dəstək proseslərin (Baş ofis və filiallar üzrə) analizini aparmaq, bu proseslər üzrə baş verə biləcək riskləri müəyyən etmək;
Proseslərin mövcud xəritəsini yaratmaq (process mapping) və müntəzəm yeniləmək;
Proseslərin mövcud (As İs) modelini qiymətləndirmək, təsvir etmək, və gələcək (To Be) model üzrə təkliflər vermək;
Proseslərin mövcud modeli üzrə xronometraj aparmaq;
BPU (Business process universe) faylını daim yeniləmək;
Proseslərin optimallaşdırılması üzrə təkliflər vermək, aidiyyatı departmentlərlə birgə razılaşdıraraq, implementasiya etmək;
Proseslərin effektiv idarə edilməsi üzrə müxtəlif növ analizlər aparmaq, təkliflər vermək;
Proseslərin idarə edilməsi üzrə Bank səviyyəsində ümumi (makro) görüntüyə sahib olmaq, bütün proseslər barədə məlumatlı olmaq;
Biznes proseslərin biznes sahibi və iştirakçıları ilə birlikdə GAP analizini aparmaq;
Biznes proseslərində məsuliyyətin bölüşdürülməsi matrisinin təhlili;
Strukturu modelləşdirilmiş biznes proseslərinin və funksiyaların effektivliyini qiymətləndirmək üçün meyarlar hazırlanması;
Biznes proseslərinin optimallaşdırılması üçün yeni texnologiyaların tətbiqi ilə bağlı təkliflər vermək;
Proseslərin idarə edilməsi və optimallaşdırılması üzrə metodoloji bazanın yaradılması və daim yenilənməsi;
Strategiya və İnkişaf Departamentinin Rəhbəri tərəfindən mövcud iş təsviri çərçivəsində verilən digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər
Tam ali təhsil;
Bank sahəsində 3 ildən az olmayan təcrübə (Əməliyyat riskləri, Daxili Audit, Daxili Nəzarət və proseslərin idarəedilməsi sahəsində təcrübələrə üstünlük veriləcəkdir);
Güclü biznez analiz etmək bacarığı;
Bir neçə layihə və vəzifəni eyni anda detallı şəkildə işləmək və əlaqələndirmək bacarığı;
Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı (Excel, MS Project, Vision) ;
Güclü araşdırma (xarici təcrübə, best practice-lərin tətbiqi) qabiliyyəti;
Müştəri yönümlülük;
Yüksək kommunikasiya, təşkilati və icraçı bacarığları, dürüstlük, öyrənmək və başqalarını öyrətmək bacarığı.