Azərbaycan Dəmir Yolları
Home page
/
/
/
3-cü dərəcəli təmirçi çilingər-elektrik(Bakı Limanı)

3-cü dərəcəli təmirçi çilingər-elektrik(Bakı Limanı)

Yesterday

58

Description

  • Portal kranların mexaniki və elektrik hissələrinin texniki xidməti və təmir işlərinin yerinə yetirilməsi;
  • Mexaniki qovşaqların, ötürücü mexanizmlərin, bərkidici elementlərin və sadə elektrik avadanlıqlarının yoxlanılması və sazlanması;
  • Sadə nasazlıqların aşkar edilməsi və aradan qaldırılması, mürəkkəb hallarda yuxarı dərəcəli mütəxəssislərə məlumat verilməsi;
  • Elektrik naqillərinin, kontaktların və birləşmələrin yoxlanılması və dəyişdirilməsi
  • Planlı texniki baxış və profilaktik təmir işlərinin icrasında iştirak;
  • Təhlükəsizlik sistemlərinin (mexaniki məhdudlaşdırıcılar, sadə elektrik qoruyucuları) işlək vəziyyətdə saxlanılmasına dəstək;
  • Əməyin mühafizəsi, elektrik və yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi;
  • Görülmüş işlər barədə texniki qeydlərin və növbə jurnallarının aparılması.

Requirements

Bilməlidir:

  • Portal kranların və qaldırıcı mexanizmlərin əsas quruluşunu və iş prinsipini;
  • Mexaniki ötürücülərin, qovşaqların, bərkidici elementlərin və mexanizmlərin təyinatını;
  • Sadə elektrik avadanlıqlarının (açarlar, qoruyucular, kontaktlar) iş prinsiplərini;
  • Elektrik naqillərinin, kabel birləşmələrinin və torpaqlama elementlərinin əsaslarını;
  • Mexaniki və elektrik sxemlərini əsas səviyyədə oxumağı;
  • Qaldırıcı qurğularda tətbiq olunan əsas təhlükəsizlik qaydalarını;
  • Əməyin mühafizəsi, elektrik və yanğın təhlükəsizliyi qaydalarını;
  • Texniki baxış və profilaktik təmir işlərinin aparılması qaydalarını;
  • Sadə ölçmə alətləri ilə işləmə qaydalarını;
  • Texniki qeydlərin və növbə jurnallarının aparılması qaydalarını.

About this role

Apply Before

March 31, 2026

Job Posted On

March 6, 2026

Job Type

Full-time

Experience

Up to1 year

Career level

Other

Education

Vocational

Category

Other

Perks and Benefits

  • Nahar şirkət tərəfindən təmin edilir.
  • Servislə təmin olunur
  • Avadanlıq ilə təminat