Azərbaycan Dəmir Yolları
Home page
/
/
/
Hərəkətin təhlükəsizliyi üzrə mühəndis

Hərəkətin təhlükəsizliyi üzrə mühəndis

29-10-2024

1.2K

Description

  • Sərnişin daşımaları departamentinin İstismar xidmətində hərəkətin təhlükəsizliyinin, etibar edilən əmlakın və daşınan yükün saxlanışının şərtsiz təmin edilməsi, sərnişin və yükdaşıma ehtiyacının ödənməsi, resurslardan səmərəli istifadə edilməsi, ətraf mühitin mühafizəsi tələblərinin təmin edilməsi, xidmət keyfiyyətinin yüksəldilməsi, eləcə də standart, qeyri-standart və qəza hallarında operativ fəaliyyət göstərilməsi istiqamətində Azərbaycan Respublikasının qanunvericiliyinə və ADY-nin rəhbər sənədlərinə əsaslanaraq texniki təşkilati tədbirlər layihələrinin işlənib hazırlanmasını yerinə yetirmək;
  • Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi və Azərbaycan Respublikasının dəmir yolu müəssisələrində İntizam Nizamnaməsinə əsasən müəyyən edilmiş norma və qaydalara, dəmir yolu nəqliyyatında tətbiq edilən normativ hüquqi aktların tələblərinə riayət etməklə, xidmətin rəhbərliyi tərəfindən verilən əmr və göstərişləri, eləcə də əmək müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirmək;
  • Lokomotiv və qatar briqadalarının işinin təşkilində yaxından iştirak etmək, rəhbərlikdən gələn əmr və göstərişlərin vaxtında və dəqiq yerinə yetirilməsini yoxlamaq, istismar işinin təhlükəsizliyinin təşkili məsələlərinə xüsusi diqqət yetirməklə əməyin və idarəetmənin elmi təşkilinin tətbiqinin təmin edilməsində iştirak etmək;
  • Texniki tədris bazasının inkşaf proqramının hazırlanmasında iştirak etmək, maddi ehtiyatlardan istifadə zamanı qənaət və səmərəlilik rejminə riayət etmək, daşınan sərnişinlərin təhlükəsizliyini təmin etmək, baqajın, yük baqajının, etibar edilən əmlakın saxlanmasını təmin etmək və onların itkisinə, xarab olmasına, oğurlanmasına gətirib çıxaran səbəbləri və şəraiti aşkar edərək onları aradan qaldırmaq üçün müvafiq tədbirlər görmək;
  • Lokomotiv və qatar briqadalarının Texniki İstismar Qaydalarından, digər normativ aktlardan və vəzifə təlimatından biliklərinin yoxlanılmasınında iştirak etmək, lokomotiv briqadalarında kompetent peşəkar biliklər formalaşdırmaq, sistemli bilik və bacarıqlar aşılamaq və sosial-fərdi kompetensiyaları inkişaf etdirmək və möhkəmləndirmək üçün müvafiq tədbirlər görmək; 
  • Rəhbərlik tərəfindən təsdiq edilən cədvəllər üzrə sərnişin qatarlarını müşayiət etmək;
  • Xətdə (yolda) lokomotiv və qatar briqadaları tərəfindən vəzifələrin yerinə yetirilməsinə nəzarət üçün qəfil kompleks yoxlamalarda iştirak etmək;
  • Yanacaq-enerji resurslarının minimum məsrəfini nəzərə almaqla xidmət olunan sahələrdə qatarların aparılmasının rejim xəritələrinin işlənib hazırlanmasında və tətbiq edilməsində iştirak etmək, istismar işinin təşkili və uçotu ilə əlaqəli sənədləşmənin aparılmasına, briqada və informasiya axınlarının idarə edilməsinə nəzarət etmək;
  • Sərnişin daşımaları departamenti rəisinin təsdiq etdiyi cədvəl üzrə sərnişin qatarları lokomotivlərinin və elektrik qatarlarının təmirdən qəbulu və istismarında texniki vəziyyətinin yoxlanılmasında iştirak etmək;
  • Nöqsanların səbəblərini araşdırmaqla sərnişin və şəhərətrafı qatarların hərəkət cədvəlinin yerinə yetirilməsinin müzakirəsində iştirak etmək;                                
  • Elmi-texnoloji və xarici təcrübələri araşdıraraq innovativ təkliflər hazırlamaq və müntəzəm olaraq bilik və bacarıqlarını təkmilləşdirmək;
  • Lokomotiv və qatar briqadalarının əmək və istirahətinin qanunvericiliyə uyğun yerinə yetirilməsinin hesabatını rəhbərliyə təqdim etmək;
  • Hər ayın sonuna qədər növbəti ayın iş qrafkini hazırlayaraq razılaşdırılmasını, təsdiq edilməsini və briqadalara elan olunmasına nəzarət etmək;
  • Hərəkətin təhlükəsizliyinə mane olacaq lokomotiv və qatar briqadalarının işinin və qatarların hərəkət cədvəlinin pozulması hallarını araşdıraraq cavabdeh şəxsər qarşısında məsələ qaldırmaq.

Responsibilities

  • Təhsil səviyyəsi: Müvafiq sahə üzrə ali təhsil;
  • Xarici dil: İngilis dili və Rus dili - yaxşı səviyyədə;
  • Komputer biliklərir: MS Office
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına dair biliklər
  • Lokomotiv və qatar briqadalarının iş və istirahət rejimi xüsusiyyətləri
  • Dəmiryol hərəkət vasitələrinin konstruktiv xüsusiyyətləri və texniki xarakteristikaları üzrə biliklər Şəxslərarası münasibət bacarığı, tənqidi düşüncə bacarığı, daxili motivasiya bacarığı və ünsiyyət bacarığı
  • Sənədləşmə, hesablaşma və digər fəaliyyətlərin düzgünlüyünü müvafiq giriş və çıxış parametrləri əsasında yoxlamaq bacarığı
  • Diqqətlilik



About this role

Apply Before

December 30, 2024

Job Posted On

October 29, 2024

Job Type

Full-time

Category

Logistics and Transportation