Azərbaycan Dəmir Yolları

Növbətçi

Today

339

Description

  • Hərəkətin təhlükəsizliyini, daşınan yüklərin saxlanışını şərtsiz təmin etməklə sərnişin və yükdaşıma ehtiyacını ödəmək, texniki vasitələrdən səmərəli istifadə etmək, ətraf mühitin mühafizəsi tələblərinə riayət etmək;
  • Növbədə olarkən görüləcək iş planına əsasən xidmət etdiyi sahənin ərazisindəki yollarda, sexin daxilində yerləşən vaqon və lokomotivlərin yerli sxem üzrə tormoz başmaqları ilə bərkidilməsinə əmin olmaq;
  • Növbətçinin otağında olan invertarı saz və işlək vəziyyətdə qəbul etmək;
  • Lokomotiv və qatar briqadaları tərəfindən qatar və manevr işində gündəlik növbə planı ilə təmin olunmasını yoxlamaq;
  • Bütün növ cari təmirdə, texniki xidmətlərdə və ehtiyatda olan lokomotivlərin, motor-vaqonlu hərəkət heyətinin və sərnişin vaqonlarının olmasını, onların vəziyyətini müəyyən etmək;
  • Lokomotivlərin, motor-vaqonlu hərəkət heyətinin və sərnişin vaqonlarının təmirə və texniki xidmətə qoyulmaq, təchizatı və təmirdən çıxarılması planı və ya cədvəli ilə tanış olmaq;
  • Təchizat vasitələrinin, çevirici qurğuların vəziyyətini, su təchizatını, elektrik təchizatı cihazlarının və əlaqə şəbəkələrinin vəziyyətini yoxlamaq;
  • ADY tərəfindən yeni daxil olmuş əmrlər, göstərişlər, normativ hüquqi aktlarla və İstismar xidmətinin və lokomotiv deposunun rəhbərliyinin tapşırıqları ilə tanış olmaq;
  • Səfərqabağı təlimatın texniki vasitələrinin işlək vəziyyətdə olmasını təmin etmək;
  • Növbətçiyə təhkim olmuş, xüsusi hesabda olan əşyaları (invertarı) müəyyən edilmiş qaydada təhvil-təslim etmək; Bütün növbədəki işçiləri qarşıdakı iş planı ilə tanış etmək;
  • Bütün növbədəki işçiləri əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatlandırmaq və onu müvafiq jurnalda qeyd olunmasını təmin etmək;
  • Növbə işçilərinin vəzifə təlimatları daxilində cari və növbədənkənar təlim materialları ilə tanış olmasına nəzarət etmək;
  • Təhkim olunmuş jurnalı praktiki yoxlamaq, sonra növbəni təhvil alacağı şəxslə birlikdə qeydiyyat aparmaq.

Responsibilities

  • Təhsil səviyyəsi: Ümumi təhsil;
  • Lokomotiv briqadalarının vəzifəsinə aid qüvvədə olan əmrləri, göstərişləri və təlimatları bilmək;
  • Azərbaycan Respublikasının dəmir yolu müəssisələrində işçilərin İntizam Nizamnaməsi
  • Qeyri-standart vəziyyətlərdə qarşısıalınmaz təlimat qaydalarını bilmək;
  • Sənəd dövriyyəsini dair biliklər;
  • Yanğın təhlükəsizliyi və Sətəmm üzrə biliklər;
  • Diqqətlilik;
  • Peşəkar ehtiyatlılıq.

About this role

Apply Before

October 22, 2025

Job Posted On

oktyabr 9, 2025

Job Type

Full-time

Category

Logistics and Transportation