Azərbaycan Dəmir Yolları

Xidmət rəisinin müavini

Today

325

Description

  • Sərnişin daşımaları sahəsində ADY-nin texniki inkişaf strategiyasının formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;
  • Hərəkət məhdudiyyəti və əlilliyi olan şəxslərin dəmiryol nəqliyyatından maneəsiz istifadə etmələri üçün müvafiq dəmiryol infrastruktur obyektlərində zəruri şərait yaratmaq;
  • Müvafiq dəmiryol infrastruktur obyektlərinin fəaliyyətinin yüksəldilməsi istiqamətində səlahiyyətləri daxilində tədbirlər görmək və təkliflər vermək;
  • Stansiya və dayanacaqların işçilərinin peşə hazırlığının təşkilinə metodiki rəhbərliyi həyata keçirmək;
  • Stansiya və dayanacaqlarda olan nöqsanların aşkar edilməsi və onların aradan qaldırılmasına dair işlərin təşkili və icrasına nəzarət etmək;
  • Müvafiq dəmiryol infrastruktur obyektlərinin idarə edilməsini müəyyən edilmiş qayda və tələbdə həyata keçirmək və onların saxlanılmasını təmin etmək;
  • Sərnişin daşımaları sahəsində yeni avadanlıqların və qabaqcıl texnologiyaların tətbiqi ilə bağlı təkliflər vermək;
  • Mütəmadi olaraq stansiya və dayanacaqlara baxış keçirilməsi və iş prosesinin tənzimlənməsi təşkil etmək;
  • Sərnişin daşımaları sahəsində normativ hüquqi aktların, ADY-nin daxili tənzimləyici sənədlərinin təkmilləşdirməsinə dair təkliflər vermək, müvafiq sənəd layihələrinin hazırlanması prosesində iştirak etmək;
  • Sərnişin daşımalarının uçotunu və hesabatını aparmaq.

Responsibilities

  • Təhsil pilləsi: Ali (müvafiq sahə üzrə);
  • Tələb olunan sahə üzrə əmək stajı: 5 il;
  • Rəhbərlik üzrə minimum əmək stajı: 5 il;
  • Dil bacarıqları: İngilis, rus (yaxşı səviyyədə);
  • Rəqəmsal bacarıqlar: MS Word, MS Excel, MS PowerPoint, MS Outlook;
  • Funksional səriştələr: İşin idarə edilməsi və ölçülməsi, Vaxtın effektiv idarə edilməsi, Müştəri yönümlülük;
  • Departamentin ayrı-ayrı struktur bölmələrinin fəaliyyətini tənzimləyən qanunvericilik aktları, normativ və metodiki materiallar və sərnişin daşımaları qaydaları barədə biliklər;
  • Azərbaycan Respublikasının dəmir yolu müəssisələrində işçilərin İntizam Nizamnaməsi;
  • Əmək və icra intizamının təmin edilməsi qaydalarını bilməli;
  • Əməyin mühafizəsi norma, qayda və prinsipləri .


About this role

Apply Before

October 25, 2025

Job Posted On

October 9, 2025

Job Type

Full-time

Category

Logistics and Transportation