"AQA Şirkətlər Qrupu" nəzdində fəaliyyət göstərən DeFacto brendinə aid geyim mağazası 28 May filialı üzrə "Mağaza müdirinin köməkçisi" vakansiyasını elan edir:
Vəzifə öhdəlikləri:
- Mağazada həyata keçən bütün satışların idarə olunması;
- Mağazaya daxil olan malların müvafiq qaydada sistemə mədaxil edilməsi rəf və dolablarda, asılqanlarda asılmasını, anbarda yığılmasını təmin etmək;
- Müştərilərin brendin korporativ standartlarına uyğun xidmətlərlə təmin olunduğuna nəzarət etmək, bu sahədə yaranan uyğunsuzluqların aradan qaldırılması üçün lazımi tədbirlər görmək;
- Mağazanın audit, gizli müştəri, satış və digər sahələr üzrə hədəflərinə çatması üçün lazımi tədbirlər görmək;
- Satış hədəflərinə və müştəri məmnuniyyətinə nail olmaq üçün mağazanın davanlı olaraq məhsulla təmin olunmasını, mal qəbulunu və vaxtında satışa çıxarılmasını nəzarətdə saxlamaq;
- Əməliyyat xərclərini təhlil etmək və izləmək. Mağaza xərclərini və işçi büdcəsini nəzarətdə saxlamaq, onlardan səmərəli istifadə etmək. Ödənişlərin münasib qaydada və düzgün limitlərlə olunmasını izləmək.
- Mağazanın əməliyyat proseslərinin şirkətin standartlarına və hüquqi tələblərə uyğunluğuna nəzarət etmək, bu sahədə hər hansı kənarlaşmalarların olmaması üçün görüləcək tədbirləri müəyyən etmək və tətbiq etmək;
- İstifadə olunan proqram təminatının kassa bölməsi üzrə ona aid olan istifadəsi şifrə və parolunun məxfiliyini təmin etmək;
- Mağazada olan mal qalığını nəzarətdə saxlamaq, sistem üzrə olan mal qalıqları ilə faktiki qalıqlar arasında yaranmış uyğunsuzluğa görə məsuliyyət daşımaq, baş verə biləcək oğurluq və itki hallarının öncədən qarşısının alınması üçün vaxtında lazımi tədbirlər görmək;
- Mağaza daxilində müəyyən olunmuş qaydalara uyğun həyatın və əmlakın təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görmək;
- Mağaza işçilərinin həftəlik iş qrafiklərinin tərtib olunması. Qrafiklərin tərtibatı zaman effektiv və uyğunlaşdırılmış formanın təmin olunması.
- Mağaza işçilərinin bir-biri ilə əməkdaşlıq şəraitində işləməsi üçün planlaşdırma aparmaq.
- Mağaza işçilərinin prosedur və qaydaları mənimsədiyinə əmin olmaq, onlarda korporativ iş mədəniyyətni və komanda ruhunu formalaşdırmaq, motivasiya etmək.
- İşçilərin fərdi və professional inkişafını təmin etmək üçün işçiləri təlimat və təlimlərlə təmin etmək. Onları öz karyera planlarını hazırlamaq üçün yönləndirmək və nəzarətdə saxlamaq.
- Mağazaya yeni gələn təcrübəçilərin qısa zamanda iş prosesinin öyrənməsinə və təcrübi biliklərin mənimsəməsinə nəzərət etmək.
- Gündəlik iş prosesində formalaşan bütün sənədlərin qorubub saxlanılmasını və vaxtlı-vaxtında baş ofisə göndərilməsini təmin etmək.
- Rəhbərlik tərəfindən qoyulan tapşırıqları düzgün və vaxtında yerinə yetirmək;
- Mağazadaxili nizam-intizam qaydalarına əməl edilməsinə nəzarət etmək.