Şirkətin təsərrüfat və inzibati işlərinin təşkili və nəzarəti
Təmizlik, təsərrüfat materiallarının və inventarın idarə olunması
Təmir işlərinin təşkili, təhlükəsizlik və yanğın əleyhinə sistemlərin nəzarətdə saxlanması
Texniki personalın işinin koordinasiyası və effektiv idarə olunması
Büdcə planlaması və təchizatla bağlı tələblərin qarşılanması
Şöbə rəisi MRF icrasını nəzarətdə saxlamalı, qəbul edilən malların uyğunluğunu yoxlamalı, anbardan götürülməsini və sonradan istehlak edilməsi üçün şöbə anbarında saxlanmasını və hesabatlı/qənaətli istifadəsini təmin etməlidir.
Şöbə rəisi tabeçiliyində olan personalın vəzifə təlimatlarına , SƏTƏMM qaydalarına, sanitar-gigiyena və səliqə-səhmana ciddi riayət etmələrinə nəzarət və təmin etməlidir.
Şöbə rəisi müxtəlif hesabatların, o cümlədən büdcə smetasının, mal və materialların xərclənməsinin/istifadəsinin, hazırlanmasını təmin etməlidir.
Keyfiyyət idarəetmə sistemləri və digər aidiyyəti standartlar haqqında ümumi məlumata malik olmalı, müəssisənin siyasət və məqsədlərini bilməlidir.
Responsibilities
Ali təhsil (bakalavr)
Təsərrüfat fəaliyyətinin təşkili və idarə olunması sahəsində ən azı 5 il iş təcrübəsi;
Büdcənin planlaşdırılması və təsərrüfat resurslarının idarə olunması sahəsində praktiki təcrübə;
Sənədlərlə işləmək və daxili sənəd dövriyyəsini aparmaq bacarığı;
Ofis avadanlıqlarından və kompüter proqramlarından (MS Office paketi) yaxşı səviyyədə istifadə bacarığı;
Əlavə üstünlük: logistika, texniki xidmət və ya infrastrukturun idarə olunması sahəsində əlavə iş təcrübəsi.