"Azərbaycan Hava Yolları" QSC
Home page
/
/
/
Daxili Nəzarət İdarəsi / Biznes proseslərinə nəzarət üzrə Mütəxəssis

Daxili Nəzarət İdarəsi / Biznes proseslərinə nəzarət üzrə Mütəxəssis

17-01-2025

6.3K

Description

  • Daxili nəzarət və təftiş funksiyasının icrası üçün analitik və operativ təhlil, təftiş və yoxlama proseslərinin planlaşdırılması və icrasında iştirak etmək;
  • Müxtəlif biznes proseslərinin detallı təhlilini aparmaq, onların axınını, məqsədini və fəaliyyətini anlamaq;
  • İş proseslərinin effektivliyini artırmaq, standartlara uyğunluğunu yaxşılaşdırmaq, mövcud və potensial riskləri təhlil etmək, baş vermiş və ya ehtimal olunan nöqsanları vaxtında aşkar etmək və onların aradan qaldırılması üçün tədbirlər həyata keçirmək;
  • Proseslərdə, nəzarət mexanizmlərində və onların icrasında mövcud olan boşluqları və pozuntuları aşkar etmək, həmin hallar üzrə optimallaşdırıcı və düzəldici təklifləri birbaşa rəhbərə təqdim etmək;
  • Aşkar edilmiş boşluqlar, xətalar və pozuntular haqqında hesabatlar və təqdimatlar hazırlamaq.

Responsibilities

  • Təhsil: Ali təhsil;
  • Dil bilikləri: Azərbaycan dili - Ana dili; İngilis dili - yüksək səviyyə;
  • Proqram bilikləri: Microsoft Office proqramları; Excel/SQL/VBA,Power BI proqramlarında işləməyi bacarmaq üstünlükdür;
  • Sahə üzrə sertifikatlara malik olmaq əlavə üstünlükdür (CIA, CFE, CFA, ACCA);
  • Sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Ünsiyyət bacarıqları;
  • Qərar vermə bacarığı;
  • Problemi həll etmə bacarığı;
  • Təqdimat bacarıqları;
  • İşə uyğunlaşma qabiliyyəti;
  • Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
  • Komandada işləmək bacarığı.


İş qrafiki: Həftə içi 5 gün (09:00-18:00);

İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı

About this role

Apply Before

yanvar 26, 2025

Job Posted On

yanvar 17, 2025

Job Type

Full-time

Experience

1-2 years

Career level

Other

Category

Finance, Business and Administration