"Azərbaycan Hava Yolları" QSC
Home page
/
/
/
İqtisadiyyat İdarəsi/ Xərclərə Nəzarət Şöbəsi/ İqtisadçı

İqtisadiyyat İdarəsi/ Xərclərə Nəzarət Şöbəsi/ İqtisadçı

Today

174

Description

  • Həyata keçirilmiş xərclərin strukturlaşdırılmış şəkildə təhlil olunması, bu istiqamətdə rüblük və illik maliyyə icmallarının tərtib edilməsi və müvafiq qurumlara təqdim olunması;
  • Satınalmalar İdarəsindən daxil olan müqavilə layihələrinin və yeni alışlarla bağlı sorğuların maliyyə baxımından təhlili, risklərin və uyğunsuzluqların qiymətləndirilməsi, habelə əsaslandırılmış rəyin təqdim edilməsi;
  • Xərclərlə bağlı müqavilələr üzrə monitorinqlərin aparılması və icra prosesinə daimi nəzarətin həyata keçirilməsi;
  • Dövri əsasda ətraflı xərc hesabatlarının hazırlanması, bu hesabatların analitik formada təqdim edilməsi və idarəetmə qərarlarının verilməsində istifadə üçün aidiyyəti şöbələrə ötürülməsi;
  • Xərc xarakterli müqavilələrin dərin təhlilinin aparılması, onların icrası üzrə maliyyə nəticələrinin qiymətləndirilməsi və rüblük və illik hesabatların formalaşdırılaraq rəhbərliyə təqdim olunması;
  • Şirkətin daxili siyasət və prosedurlarına uyğun olaraq xərclərin idarə olunması ilə bağlı nəzarət mexanizmlərinin tətbiqi və bu istiqamətdə proseslərin təkmilləşdirilməsinə dair təşəbbüslərin irəli sürülməsi;
  • Xərclərin səmərəliliyini və qənaət imkanlarını müəyyən etmək məqsədilə müqayisəli (benchmarking) təhlillərin aparılması və nəticələr üzrə tövsiyələrin hazırlanması;
  • Müxtəlif layihələr üzrə xərclərin məqsədyönlü və səmərəli şəkildə bölgüsünün təmin olunması, həmçinin büdcəyə uyğunluğuna nəzarət edilməsi.

Responsibilities

Təhsil: Bakalavr dərəcəsi;

• Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – əla, Rus dili –(arzuolunandır);

• Sertifikatlar: ACCA F2 və F3 sertifikatlarının mövcudluğu üstünlükdür;

• Kompüter bilikləri:

 – MS Excel – əla səviyyədə

 – MS Word – əla səviyyədə

 – PowerPoint – əla səviyyədə

 – SQL və Power BI bilikləri – üstünlükdür

• İş təcrübəsi: minimum 1 il

• Güclü analitik düşüncə və problem həll etmə bacarığı

• Yüksək təqdimat bacarığı

• Əla ünsiyyət və komandada işləmə bacarığı


İş qrafiki:

  • Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)

İş yeri:

  • Heydər Əliyev Beynəlxalq Hava Limanı

About this role

Apply Before

May 22, 2025

Job Posted On

May 15, 2025

Job Type

Full-time

Category

Finance, Business and Administration