Embawood MMC
Home page
/
/
/
Smeta mühəndisi - texniki şöbə üzrə

Smeta mühəndisi - texniki şöbə üzrə

Today

11

Description

  • Tikinti üzrə verilmiş memarlıq və konstruktiv həllər əsasında smetaların tərtib edilməsi
  • Tikinti materiallarının və xidmətlərin bazar qiymətlərinin araşdırılması
  • Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi
  • Smeta sənədlərinin müvafiq normativlərə (SNİP, DBN, ARSM və s.) uyğun tərtib edilməsi
  • Layihənin maliyyə dəyərləndirilməsinin aparılması və büdcənin optimallaşdırılması
  • Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planının hazırlanması
  • Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb şöbə rəisinə təqdim olunması
  • Tikinti sahəsində görülən işlərin smeta sənədləri ilə uyğunluğunun yoxlanılması
  • AzərTikintiNormativləri, Azərbaycan Respublikası Dövlət Şəhərsalma ,Tikinti qanunvericiliyi və tikinti Normaları və Qaydaları dair biliklərin olması
  • Layihə çertyojləri və texniki spesifikasiyalar əsasında yerinə yetiriləcək işlərin həcmini düzgün təyin etmə bacarığı
  • Metodiki və normativ materialların, texniki sənədlərin, eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təkliflərin işlənib hazırlanması
  • İşlərin, xidmətlərin görülmə müddətlərinin ixtisara salınmasının mümkünlüyünün araşdırılması, onların yerinə yetirilməsi prosesinin hazırlanması, lazımi texniki materiallar, məlumatlar və avadanlıqla təmin olunmanın nəzərə alınması
  • İşlərin qrafiklərini, sifarişləri, ərizələri, təlimatları, sxem və digər texniki sənədləri tərtib edilməsi, eləcə də təsdiq olunmuş forma və müəyyən olunmuş müddətlər üzrə qoyulmuş hesabatların tərtib edilməsi
  • Yeni normativ qiymət, preyskurant, kataloqlar, vahid qiymətlər toplusu və s. qüvvəyə minməsi ilə əlaqədar, vaxtlı-vaxtında layihə-smeta sənədlərində lazımi dəyişikliklərin edilməsi
  • Tikintisi başa çatmış obyektlər üçün çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədlərin təqdim edilməsi
  • Yerinə yetirilmiş işlər üçün texniki və material hesabatlarının tərtib olunması
  • Sifarişçinin tələbinə əsasən büdcənin hesablanması və tikinti prosesinin hər mərhələsi üçün ayrılıqda büdcə smetasının hazırlanması
  • Müqavilə əsasında materiallar, miqdar, işçi qüvvəsi və vaxt müddəti daxil olmaqla müqavilə xərclərinin hazırlanması və təhlili
  • Vahid qiymət analizləri
  • Müqaviləyə daxil olmayan iş həcminin dəyərləndirilməsi
  • Tikintinin gedişatı üzrə texniki işlərin görülməsi (sənədlərin hazırlanması)

Requirements

  • İnşaat mühəndisi ixtisası üzrə bakalavr dərəcəsi
  • Resurs, Smeta az və Lokal smetada işləmək bacarığı vəya məlumat olması mütləqdir
  • İnşaat sahəsində ən azı 3 il iş təcrübəsi
  • İnşaat proqramlarında işləmək bacarığı

About this role

Apply Before

June 18, 2026

Job Posted On

may 19, 2026

Job Type

Full-time

Category

Construction and Real Estate