FINCA Azerbaijan
Home page
/
/
/
Korporativ İşlər üzrə Hüquqşünas

Korporativ İşlər üzrə Hüquqşünas

  • FINCA Azerbaijan
  • 44 Cəfər Cabbarlı küçəsi, Bakı 1065, Azərbaycan
  • Full-time

06-01-2025

525

Description


Hüquqi təminat istiqaməti üzrə:

· Müqavilələrə və digər hüquqi qüvvəyə malik sənədlərə hüquqi baxışın keçirilməsi.

· Standart müqavilə formalarının hazırlanmasında iştirak etmək;

· Bütün struktur bölmələrə, o cümlədən filiallara hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar verilməsinə dəstək göstərmək;

· Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;

· Azərbaycan qanunlarında və qaydalarında, xüsusən də maliyyə və korporativ sektorlara təsir edən dəyişikliklər, düzəlişlər və yeni inkişaflardan xəbərdar olmaq.

· Qanunvericilik dəyişikliklərinin şirkətin əməliyyatlarına necə təsir etdiyini təhlil etmək və uyğunluğu təmin etmək üçün vaxtında tövsiyələr vermək.

· Müvafiq hüquqi yenilikləri daxili maraqlı tərəflərə fəal şəkildə çatdırmaq və şirkətin siyasət və prosedurlarının cari qanuni tələbləri əks etdirməsini təmin etmək.

· Maliyyə məhsullarına hüquqi baxışın keçirilməsi.

· Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;

· Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarətin edilməsi;

· Korporativ hüquqi layihələrin hazırlanmasında iştirak edir;

· Korporativ hüquq fəaliyyət ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayır, aidiyyəti struktur bölmələrlə razılaşdırır;

· Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirir və rəy verir;

· Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata kecirir, onların müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin edir;

· Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy verir;

· Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxır, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər verir.

· Bilavasitə tabe olduğu Şöbə rəhbərinin bütün digər tapşırıqlarını icra edir.

Yüksək məhkəmə işləri istiqaməti üzrə:

· Daxil olmuş işlərin reyestrə daxil etmək;

· Məhkəmədə iddia qaldırılması və şikayət verilməsi üçün qanunla və daxili prosedur qaydalarla müəyyən edilmiş hərəkətləri etmək və məhkəmə proseslərində nümayəndə qismində Təşkilatı təmsil etmək;

· Təşkilatın mövqeyinin lazımi qaydada müdafiə olunması istiqamətində bütün daxili sənədləşmə və hazırlıq işlərini görmək və qanunvericiliklə müəyyənləşdirilmiş hüquqlardan (məhkəmə qərarlarından şikayət vermə, iddiaya və ya şikayətə etiraz, hakimə və ya məhkəmə tərkibinə etiraz və s.) lazımi qaydada istifadə etmək;

· Məhkəmə proseslərinə və digər dövlət və özəl Təşkilatlarda Təşkilatın maraqlarını müdafiə etmək, Məhkəmə proseslərindən sonra həmin prosesin gedişatı və nəticəsi barədə birbaşa Rəhbərinə məlumat vermək;

· İşlərin məhkəmədə baxılması zərurəti aradan qalxarsa həmin işlər məhkəmədən geri götürülməsi ilə bağlı tədbirlər görmək;

· İcraatında olan məhkəmə işləri ilə Korportativ Hüquq Şöbəsinin Rəhbərinə həftəlik və aylıq hesabat vermək;

· Məhkəmə aktları məhkəmə tərəfindən rəsmi olaraq Təşkilata göndərilmədikdə onların alınması üçün bütün mümkün tədbirləri görür, şifahi və yazılı müraciətlər etmək;

· İcraatında olan işlərin icrası vəziyyəti barədə Şöbə Rəhbərinə həftəlik və aylıq hesabat vermək;

· Məhkəmədən, hüquq mühafizə orqanlarından və digər dövlət orqanlarından gələn sorğu və məktubların qanunvericiliklə müəyyənləşdirilmiş müddətdə cavablandırılması üçün tədbirlər görmək.

· Təşkilatın qanuni mənafelərinə zidd olan və ya iddia tələbinə uyğun olmayan məhkəmə qərarlardan qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə şikayət vermək;

· Lazım gəldikdə cinayət işləri üzrə ibtidai istintaqda və məhkəmədə Təşkilatı təmsil etmək, müvafiq prosessual hərəkətləri etmək;

· Lazım gəldikdə inzibati işlər üzrə Təşkilatı dövlət orqanlarında və məhkəmədə təmsil etmək, müvafiq prosessual hərəkətləri etmək;

· Məhkəmədən, hüquq mühafizə orqanlarından və digər dövlət orqanlarından gələn sorğu və məktubların qanunvericiliklə müəyyənləşdirilmiş müddətdə cavablandırılması üçün tədbirlər görmək.

· Bilavasitə tabe olduğu Rəhbərinin bütün digər tapşırıqlarını icra edir.

Responsibilities

Təhsil və Təcrübə

Hüquq üzrə bakalavr dərəcəsi; Magistr dərəcəsi üstünlükdür

Bacarıqlar:

Hüquq sahəsində təcrübə: Azərbaycan qanunları və qaydaları, xüsusən də maliyyə və korporativ sektorlar üzrə hərtərəfli bilik.

Analitik bacarıqlar: Mürəkkəb məlumatları sintez etmək və hüquqi riskləri qiymətləndirmək bacarığı. Ünsiyyət: Güclü yazılı və şifahi ünsiyyət bacarıqları; qeyri-hüquqi maraqlı tərəflərə mürəkkəb hüquqi anlayışları izah etmək bacarığı.

Təfərrüata diqqət: Hüquqi sənədlərdə və proseslərdə dəqiqliyi təmin edir.

Problemin həlli: Hüquqi məsələləri effektiv şəkildə müəyyənləşdirir və həll edir.

Layihə İdarəetmə: Çoxlu qanuni layihələri idarə etmək və son tarixləri qarşılamaq bacarığı.

Dil Bilikləri

Azərbaycan dilində səlis danışıq bacarığı; yaxşı ingilis dili səviyyəsi tələb olunur.

Kompüter Bacarıqları

Microsoft Office və hüquqi tədqiqat proqramlarında qabaqcıl biliyə malik olmaq.

About this role

Apply Before

January 30, 2025

Job Posted On

January 6, 2025

Job Type

Full-time

Category

Legal services