Prime Cotton
Home page
/
/
/
Baş energetik (Beyləqan filialı)

Baş energetik (Beyləqan filialı)

19-11-2024

1.8K

Description


  • Təsərrüfatın enerji təchizatını təmin etmək;
  • Zavod və ya məntəqənin enerji təchizatının fasiləsiz təmin edilməsi üçün gündəlik olaraq bütün enerji təsərrüfatını yoxlamaq və lazımi tədbirlərin görülməsinə qərar vermək;
  • Xam pambığın tədarükü və saxlanılması zonasında, mahlıc emalı sexində, texnika parkında, mahlıc və çiyid anbarında elektrik təhlükəsizliyini təmin etmək;
  • Emal sexində, zavodyanı ərazidə, anbarlarda və bütün ərazidə bütün birləşdiricilərin izolyasiya örtüyü ilə bağlamasına nəzarət etmək;
  • İşlək avadanlıqların istənilən vaxt ehtiyyat avadanlıqları ilə dəyişdirilməsinə qərar verib təmin etmək;
  • Bütün ərazidə elektrik cihazlarının təhlükəsiz şəraitdə işləməsinə nəzarət etmək;
  • Bütün elektrik avadanlıqlarının texniki cəhətdən düzgün istismarı və təmirinə, enerjinin qənaətlə sərfinə nəzarəti təşkil etmək;
  • Enerji təsərrüfatının istismarı üçün lazım olan ehtiyat hissələrinin əldə edilməsi üçün sifarişlərin və hesablamaların tərtibini planlaşdırmaq;
  • Enerji qurğularının davamlı və təhlükəsiz işini təmin etmək;
  • Elektirik qurğularının, nəzarət-ölçü, elektrik cihazlarının təhlükəsiz istismarına, yeraltı qurğuların və kommunikasiyaların qorunması üzrə işlərin aparılmasına nəzarəti təmin etmək;
  • Elektrik cihazlarının təmiri və yoxlanılmasını qrafikə uyğun təşkil edir və vaxtaşırı bütün elektrik cihazlarının sazlığını yoxlamaq;
  • Təmir dövründə bütün işlək aqreqatların işləyib-işləməməsini yoxlamaq;
  • Elektrik avadanlıqlarının, həmçinin elektrik enerjisi sərfinin təhlilini aparmaq, qəzalar, onların statistikası və səbəblərini araşdırmaq və uçotunu təşkil etmək;
  • Enerji qurğularının daha gərgin şəraitdə işləməsi üzrə hazırlıq tədbirlərini işləmək və onların yerinə yetirilməsinə nəzarət etmək;
  • Elektrik avadanlıqlarının təkmilləşdirilməsinə dair səmərələşdirici təkliflər verir və qəbul edilmiş təkliflərin tətbiqini təşkil etmək;
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasına nəzarət etmək.


Responsibilities

  • Təhsil: Ali;
  • Təcrübə: 3 il;
  • Dil Bilikləri: Azərbaycan dili səlis;
  • Kompüter bilikləri: MS Office proqramları üzrə biliklər.


Texniki Biliklər:


  • Müvafiq icra hakimiyyəti orqanlarının əmrlərini, enerji xidməti üzrə metodiki, normativ və digər aidiyyatı sənədləri bilməlidir;
  • Enerji təsərrüfatının təşkili, onun texniki istismarı qaydalarını və təmir aparılmasının texnologiyasını bilməlidir;
  • Elektrik avadanlıqlarının istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini və iş rejimini (enerji istifadə edən qurğuların) onların istismar qaydalarını bilməlidir;
  • Emalın, əməyin və idarəetmənin təşkilinin əsaslarını bilməlidir;
  • Əməyin mühafizəsi, istehsalat sanitariyası, təhlükəsizlik texnikası və yanğından mühafizənin norma və qaydalarını bilməlidir;
  • Vaxtında doğru qərar qəbul etmək bacarığı olmalıdır.

About this role

Apply Before

December 30, 2024

Job Posted On

November 19, 2024

Job Type

Full-time

Category

Industry and Agriculture