Prime Cotton
Home page
/
/
/
SƏTƏM mühəndisi

SƏTƏM mühəndisi

02-12-2024

924

Description

  • Əməyin mühafizəsi haqqında normativlərə və standartlara, təhlükəsizlik texnikası qaydalarına və digər normativ sənədlərə riayət olunmasına nəzərat etmək;
  • Cəmiyyətin rəhbərliyinin əmr və sərəncamlarının yerinə yetirilməsinə nəzarət və qəbul olunmuş qərarların icrasını təmin etmək;
  • Şirkətin bütün iş yerlərində SƏTƏM xidmətinin işini təşkil etmək və idarə etmək;
  • Tabeçiliyində olan işçilərin işlərini effektiv şəkildə təşkil etmək və onlara rəhbərlik etmək;
  • İşçilərin sağlamlığı, əməyin təhlükəsizliyi, ətraf mühitlə bağlı riskləri qiymətləndirmək və aradan qaldırılması üçün tərdbirlər hazırlamaq və icrasını təmin etmək;
  • SƏTƏM üzrə qanunvericilik və standartlarda yenilikləri izləmək, uyğunluğun təmin edilməsi üçün təlimat və sənədlər hazırlamaq;
  • Qanunvericilik və standartlarda yeniliklərlə bağlı SƏTƏM rəhbərini məlumatlandırmaq;
  • Şirkətin regionlardakı vacib nöqtələrində mütəmadi ezama getmək və lazımi tədbirləri həyata keçirmək;
  • SƏTƏM fəaliyyətlərinə nəzarət etmək, ərazilərə (bölgələrə) müntəzəm monitorinqlər keçirmək və SƏTƏM rəisinə hesabatlar hazırlamaq;
  • İşçilərin SƏTƏM normaları və qaydaları üzrə təlimatlandırılmasını və biliklərinin yoxlanılmasını təmin etmək və nəzarətdə saxlamaq;
  • Fövqəladə hallara hazırlıq planları hazırlamaq və işçilərin təlimatlandırılmasını təmin etmək;
  • İş yerlərində sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsi üzrə normativlərin yerinə yetirilməsini nəzarətdə saxlamaq;
  • İşçilərin müəyyən edilmiş müddətlərdə lazımi xüsusi geyim, xüsusi ayaqqabı və fərdi mühafizə vasitələri ilə təmin edilməsini təşkil etmək;
  • SƏTƏM hadisələrinin səbəblərini araşdırmaq, təhlil etmək və gələcəkdə qarşısını almaq üçün tədbirlər həyata keçirmək;
  • Ətraf mühitin qorunması və resurslardan səmərəli istifadəni təşviq etmək;
  • Ətraf mühitə təsirin minimuma endirilməsi üçün lazımi tədbirlərin həyata keçirilməsini təmin etmək;
  • Cəmiyyətin filiallarının aylıq hesabatlarını qəbul etmək və datalarının hazırlamaq;
  • Filialların FMV-ləri tələblərini və SƏTƏM anbarını idarə etmək, sifarişləri nizamlamaq.


Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında; 
  • Şirkət tərəfindən könüllü tibbi sığorta ilə təmin olunur;
  • İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
  • İş yeri: Bakı şəhəri, Qafqaz Business Center.


Responsibilities

  • SƏTƏM, biznesin idarə edilməsi və ya mühəndislik sahəsi üzrə bakalavr dərəcəsi;
  • SƏTƏM sahəsində ən azı 5 il iş təcrübəsi;
  • SƏTƏM üzrə beynəlxalq səviyyədə tanınmış akkreditasiya sertifikatları - NEBOSH, IOSH, ISO 45001:2018 olmalı (İSO 9001:2015, İSO 14001:2015 sertifikatları və üstünlük sayılacaq);
  • Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları,ingilis dili biliyi üstünlük sayılacaq;
  • Microsoft Office (Word, Excel, Outlook, Power Point) proqramlarını peşəkar istifadə bacarığı;
  • Təşkilatçılıq, problem həll etmə və əməkdaşlıq bacarıqları;
  • Namizədin "B" kateqoriyalı sürücülük vəsiqəsinin olması vacibdir;
  • Filialların yoxlanması ilə əlaqədar bölgələrə ezamiyyələrə açıq olmalı. 

About this role

Apply Before

January 1, 2025

Job Posted On

December 2, 2024

Job Type

Full-time

Category

Industry and Agriculture