Qoşulma sxemi olan güc və işıqlandırıcı elektrik qurğularına xidmət etmək;
Elektrik mühərriklərində və texnoloji avadanlığın elektrik sxemində nasazlıqların və zədələnmələri aşkar etmək və aradan qaldırmaq;
Elektrik avadanlıqlarının təmiri, onlara baxış və texniki xidmətində iştirak etmək, elektrik cihazları, elektromaqnit, maqnitoelektrik və elektrodinamik sistemlərini sökmək, sazlamaq və xidməti üzrə işləri yerinə yetirmək;
Zavod və ya məntəqənin enerji təchizatını fasiləsiz təmin edilməsi üçün olaraq bütün enerji təsərrüfatını yoxlayır və gündəlik olaraq Baş energetikə məruzə edir;
Enerji təsərrüfatının istismarı üçün lazım olan ehtiyat hissələrinin əldə edilməsi üçün sifarişləri vaxtında Baş energetikə məlumat verir;
Enerji qurğularının davamlı və təhlükəsiz işinə nəzarət edir;
Elektrik keçiricilərinin üstü açıq olmamasına nəzarət edir, qısaqapanmanın yaranmaması üçün lazımi addımları atır.
Elektirik qurğularının, nəzarət-ölçü, elektrik cihazlarının təhlükəsiz istismarını, yeraltı qurğuların və kommunikasiyaların qorunması üzrə işlərin aparılmasını təmin edir;
Elektrik avadanlıqlarını, həmçinin elektrik enerjisinin sərfini təhlil edir, qəzalar və onların səbəblərini haqqında Baş energetikə məlumat verir;
Enerji qurğularının daha gərgin şəraitdə işləməsi üzrə hazırlıq tədbirlərini icra edir;
Profilaktik təmirlərin, texniki yoxlamanı yerinə yetirilməsini icra edir;
Rəhbərliyin təyin etdiyi digər işləri icra edir;
Responsibilities
Təhsil : Orta ixtisas, Peşə təhsili
Təcrübə : Elektrik olaraq minimum 1-3 il iş təcrübəsi.
Elektrotexnikanın əsaslarını bilmək;
Elektrik mühərriklərinin, sabit və dəyişən cərəyanlı generatorların, paylayıcı qurğu aparatlarının, elektrik cihazlarının iş prinsipini bilmək;
Elektrotexniki materialların əsas növlərini, onların xüsusiyyətlərini və təyinatını bilmək;
Aşağı və yüksək gərginlikli xətlərin calanması və lehimlənməsi üsullarını bilmək;
Elektrik cərəyanından zədələnmədən ilk yardımın göstərilməsi qaydasını bilmək;
Xidmət olunan sahədə elektrik avadanlıqlarının yerləşməsi və qidalandırılması sxemini bilmək;
Rele mühafizəsi və onun müxtəlifliyi haqda ümumi məlumatları bilmək;
Transformator, elektrik mühərriki, kabel və xətlərin yüklənməsinin müəyyənləşdirilməsini bilmək;
Daxili əmək rejimi qaydalarını, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydalarını bilmək.