Prime Cotton

Traktorçu

19-11-2024

61

Description

  • Daşınan yükün yüklənməsinə, bərkidilməsinə və boşaldılmasına nəzarət etmək;
  • Traktorun yanacaqla doldurulması, traktorun və yedəkli qurğuları yağlamaq;
  • Traktorun işindəki nasazlıqların aşkar edilməsi və aradan qaldırılması, cari təmir aparmaq;
  • Traktorların və yedəkli qurğuların müxtəlif növ təmirində iştirak etmək;
  • Traktoru idarə etmə hüququ verən vəsiqə,Traktor idarə etmək hüququ verən etibarnamə və ya yol vərəqəsi iş zamanı üzərində saxlamaq;
  • Traktorun əyləc sisteminin, təhlükəsizlik cihazlarının və qurğularının vəziyyətini yoxlamaq;
  • Traktorda aşkar olunmuş texniki nasazlığın aradan qaldırılmasında iştirak etmək;
  • İşdən əvvəl traktorun bütün mexanizmlərini və təhlükəsizlik cihazlarını yoxlamaq;
  • İş zamanı texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl etmək;
  • Texnoloji rejim normalarına,texnoloji reqlament və təlimatlarına ciddi riayət etmək;
  • Zavodun rəhbərliyinin göstərişlərini operativ şəkildə yerinə yetirmək;
  • Traktorda kənar şəxslərin olmasına yol verməmək;
  • Traktora yükləmə işi apararkən təhlükəsizlik qaydalarına riayət etmək,traktorun mövcud yük götürmə qabiliyyətindən artıq yüklənməsinə yol verməmək;
  • Traktoru idarə edən zaman sürət həddinə ciddi riayət etmək;
  • Xam pambığı buntlardan emala daşımaq;
  • Ehtiyac yarandıqda regional bazadan və digər məntəqələrdən yükləri gətirib-aparmaq;
  • Yanacaq çəni və su çənlərini lazım olan məntəqələrə təhlükəsiz daşımaq;
  • Traktora onun qoşqu,lafetinə adam mindirmək,lafeti adamların daşınmasında istifadə etmək qəti qadağandır.

Responsibilities

  • Təhsil :Orta, texniki peşə məktəbi
  • Təcrübə : 1 il
  • Dil Bilikləri :Azərbaycan
  • Müəssisənin və zavodun nizam-intizam qaydalarına və əmək qanunvericiliyinin tələblərinə riayət etmək;
  • Daxili intizam,yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına riayət etmək;
  • Müəssisənin fəaliyyətinə, işçilərinə və digər şəxslərə təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına qarşı və başqa qaydaların pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər həyata keçirmək.

About this role

Apply Before

December 18, 2024

Job Posted On

November 19, 2024

Job Type

Full-time

Category

Industry and Agriculture