PASHA Property Management
Home page
/
/
/
İstismar xidməti üzrə nəzarətçi

İstismar xidməti üzrə nəzarətçi

Today

48

Description

PAŞA Property Management “İstismar xidməti üzrə nəzarətçi” vakansiyası üzrə işə qəbul elan edir.

 

Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.


  • Texniki xidmət komandasının gündəlik fəaliyyətlərinə nəzarət edir;
  • Mexaniki sistemlərə və avadanlıqlara düzgün şəkildə nəzarət edir;
  • Bütün binada yüksək təqdimat və texniki xidmət standartlarının qorunmasını təmin edir.
  • Bütün əmlak avadanlıqları və xidmət müqavilələri ilə tam tanış olmalıdır.
  • Sağlamlıq və təhlükəsizlik qanunvericiliyinə və digər ümumi qanunlara riayət etməsini təmin edir. (Məsələn, yanğın nasosu, su təzyiqi artırıcıları və s. kimi məcburi testləri yerinə yetirir.)
  • İşçi heyətinə nəzarət edir və motivasiya edir, iş yükünün uyğun olmasını və işin keyfiyyətinin qənaətbəxş olmasını təmin edir.
  • Müntəzəm olaraq işçilərin fəaliyyətini nəzərdən keçirir və zəruri olduqda təlim təşkil edir. Lazım olduqda, obyekt daxilində təlimlər keçirir.
  • Xərcləri nəzərdən keçirir və mümkün olduqda maliyyə qənaəti əldə etməyə çalışır, eyni zamanda yüksək xidmət və təqdimat standartlarını qoruyur.
  • Mütamadi olaraq bina sahələrini və binaları yoxlayaraq bütün standartların qorunduğuna əmin olur.

Requirements

  • Texniki sahədə bakalavr dərəcəsi (üstünlük elektrik/mexanika sahəsində)
  • Sahə üzrə ən azı 5 il texniki idarəetmə təcrübəsi;
  • Azərbaycan və ingilis dillərində sərbəst danışıq;
  • MS Office proqramları üzrə bilik;
  • İstilik-soyutma, təmizləmə və balanslama işləri barədə yaxşı texniki bilik.

About this role

Apply Before

March 14, 2026

Job Posted On

February 2, 2026

Job Type

Full-time

Career level

Supervisor

Education

Bachelor's Degree

Category

Construction and Real Estate