Layihə üçün tələb olunan texniki spesifikasiyaları və tələbləri oxuyub başa düşmək;
Müştərinin və ya layihə sahiblərinin təqdim etdiyi layihə məlumatlarını təhlil etmək;
Təklifin texniki hissəsini hazırlamaq (layihə detalları, konstruksiyaların seçimi, istifadə olunacaq materiallar, tikinti metodları);
Hər hansı bir dəyişiklik və yeniliklərə uyğun təklifin yenilənməsini təmin etmək;
Konstruktiv dizayn və hesablama işlərini yerinə yetirmək, məsələn, strukturların dayaqlılığını, yük daşıma qabiliyyətini, material sərfiyyatını hesablamaq;
Müxtəlif texniki məsələlərin həllinə dair hesablama cədvəllərini və planlarını hazırlamaq;
Layihə üçün lazım olan materialların və iş gücünün hesablanması;
Təklifdə layihənin vaxt cədvəlini, mərhələlərini və işlərin icra sırasını müəyyən etmək;
Əlaqədar bütün tərəflər üçün ən optimal iş planını hazırlamaq;
Təklifin müştəriyə təqdim edilməsindən sonra lazım olduqda texniki təklifin yenilənməsi və düzəlişlər edilməsi;
Müştəri ilə əlaqə saxlayaraq hər hansı bir qeyri-müəyyənlik və ya düzəlişləri həll etmək;
Layihə əsnasında qarşılaşa biləcək mümkün riskləri təhlil etmək (texniki, maddi və s.);
Layihə üçün büdcə hesabatlarını hazırlamaq və qiymətləndirmək;
Materialların və işlərin qiymətləri ilə bağlı araşdırmalar aparmaq və ən uyğun təchizatçıları təklif etmək;
Yerli və beynəlxalq inşaat normativlərinə, standartlara və qanunvericiliyə uyğunluğun təmin edilməsi;
Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.
Responsibilities
Ali təhsil : İnşaat mühəndisliyi ixtisası üzrə ali təhsil;
İş təcrübəsi: Müvafiq sahə üzrə azı 7-8 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis – yaxşı, Rus – arzuolunandır;