Podratçılardan detallı iş qrafikinin alınmasını təmin etmək və analiz edərək düzəlişlər etmək, ehtiyac yarandıqda podratçılarla görüşərək detallı iş qrafikinin hazırlanmasında köməklik göstərmək;
Podratçılarla hesabat formalarının doldurulma qaydalarını müzakirə etmək;
Layihələrdən toplanan məlumatları analiz edərək həftəlik hesabatların hazırlanması;
Layihələr üzrə gecikmə hesabatlarının hazırlanması;
Gecikmələrin səbəblərini aşkarlamaq və qarşısını almaq üçün tədbirlərin müəyyənləşdirilməsi;
Həftəlik hesabatların layihə müdiri və kommersiya rəhbərləri ilə müzakirə edilməsi;
Həftəlik hesabat əsasında SPI məlumatların hazırlanması;
Tikinti xərclərinə nəzarət komandasından toplanan məlumatları analiz edilərək CPI hesabatların hazırlanması;
Sahələrdən alınan həftəlik hesabatlar nəticəsində iş qrafiklərinin həftəlik olaraq yenilənməsi;
Sahələrə səfərlər edərək görülən işlərin göndərilən hesabatlarla doğruluğuna nəzarət edilməsi;
Sahə səfərləri hesabatlarının hazırlanması;
İkihəftəlik hesabatların hazırlanaraq layihə komandasına təqdim edilməsi;
Podratçılarla iclaslarda iştirak etmək;
Layihələndirmə mərhələsində inkişaf statusunun həftəlik yenilənməsi;
Şirkətin işçi resurslarının layihələr üzrə paylanılmasını, resursların planlanmasını həyata keçirmək;
Satınalmalar şöbəsindən alınan məlumat əsasında tenderdə olan layihələrin statusunun dəyərləndirilməsi;
Master qrafik üzrə işçi resursların layihə müdiri ilə birgə təyin olunması;
Tender qrafiklərinin tərtib olunması;
Həftəlik hesabatlarda planlaşdırılan və faktiki inkişaf fərqinin (delta) göstərilməsi;
Şirkətdə, mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi;
Şirkətin və ya bilavasitə şirkətə məxsus enerji mənbələrindən səmərəli istifadə edilməsi, əlavə enerji itkisinə səbəb olacaq hallar barədə məlumatın təqdim edilməsi;
Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.
Responsibilities
Ali təhsil: Mühəndislik ixtisası üzrə ali təhsil;
Müvafiq sahə üzrə azı 2 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – yaxşı;
Kompüter bacarıqları: MS Office, Primavera P6, MS Project;