Elektrik avadanlıqlarının fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını, qənaət rejiminə riayət etməklə enerji ehtiyatlarından səmərəli istifadə olunmasını təmin etmək;
Elektrik avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək;
Ehtiyat hissələrinin və materialların, avadanlıqların tələbatına əsasən zavodun enerji təsərrüfatını təmin etmək;
Xam pambığın tədarükü və saxlanılması zonasında, mahlıc emalı sexində, texnika parkında, mahlıc və çiyid anbarında elektrik təhlükəsizliyini təmin etmək;
Təmir üçün podrat təşkilatları ilə planları (qrafikləri) razılaşdırır, onları lazımi texniki sənədlərlə təmin edir, əsaslı təmir üçün siyahı tutulmasında iştirak etmək;
Enerji təsərrüfatının perspektiv inkişafı planlarının, elektrik avadanlıqlarının yenidən qurulması üzrə təkliflərin işlənib hazırlanmasına rəhbərlik etmək;
Elektrik avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materilların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik etmək;
Köhnəlmiş avadanlıqları müəyyən etmək və onların təmirini növbələşdirmək;
Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini təmin etmək;
Elektrik avadanlıq və qurğulara təmir xidməti göstərən işçilərə rəhbərlik etmək;
Emal sexində, zavodyanı ərazidə, anbarlarda və bütün ərazidə bütün birləşdiricilərin izolyasiya örtüyü ilə bağlamasına nəzarət etmək;
İşlək avadanlıqların istənilən vaxt ehtiyyat avadanlıqları ilə dəyişdirilməsinə qərar verib təmin etmək;
Bütün ərazidə elektrik cihazlarının təhlükəsiz şəraitdə işləməsinə nəzarət etmək;
Enerji təsərrüfatının istismarı üçün lazım olan ehtiyat hissələrinin əldə edilməsi üçün sifarişlərin və hesablamaların tərtibini planlaşdırmaq;
Texnoloji avadanlıqlarının elektrik hissələrinin, şəbəkənin təmirinin və istismarını təmin etmək;
Elektirik qurğularının, nəzarət-ölçü, elektrik cihazlarının təhlükəsiz istismarına, yeraltı qurğuların və kommunikasiyaların qorunması üzrə işlərin aparılmasına nəzarəti təmin etmək;
Elektrik cihazlarının təmiri və yoxlanılmasını qrafikə uyğun təşkil edir və vaxtaşırı bütün elektrik cihazlarının sazlığını yoxlamaq;
Elektrik avadanlıqlarının, həmçinin elektrik enerjisi sərfinin təhlilini aparır, qəzalar, onların statistikası və səbəblərini araşdırır və uçotunu təşkil etmək;
Tabeliyində olan sex və şöbələrə nəzarət etmək.
Responsibilities
Təhsil: Ali
Təcrübə: 3 il
Texniki bilikləri:
Müvafiq icra hakimiyyəti orqanlarının əmrlərini, enerji xidməti üzrə metodiki, normativ və digər aidiyyatı sənədləri bilməlidir;
Elektrik qurğularının və enerji avadanlıqlarının qurulması, istismarı qaydalarını bilməlidir;
Müəssisənin spesifik xüsusiyyətlərini, enerji təsərrüfatını, onun inkişaf perspektivlərini bilməlidir;
Enerji təsərrüfatının təşkili, onun texniki istismarı qaydalarını və təmir aparılmasının texnologiyasını bilməlidir;
Plan-xəbərdaredici təmir sistemini və avadanlığın səmərəli istismarını təşkil etməlidir;
Elektrik avadanlıqlarının istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini və iş rejimini (enerji istifadə edən qurğuların) onların istismar qaydalarını bilməlidir;
Emalın, əməyin və idarəetmənin təşkilinin əsaslarını bilməlidir;
Əməyin mühafizəsi, istehsalat sanitariyası, təhlükəsizlik texnikası və yanğından mühafizənin norma və qaydalarını bilməlidir;
Vaxtında doğru qərar qəbul etmək bacarığı olmalıdır.