Prime Cotton
Home page
/
/
/
Dispetçer (Beyləqan filialı)

Dispetçer (Beyləqan filialı)

10-03-2025

324

Description

  • Hərəkətdə olan traktorların marşrut üzrə, mərkəzləşdirilmiş obyektlərdə və yolüstü yüklənmə məntəqələrində hərəkəti barədə filial rəhbərliyini məlumatla təmin edir;
  • Pambıq və digər üzvi maddələrin daşımalarının istiqamətləri və onlara olan faktiki sifarişlər haqqında məlumatın toplanıb verilməsini təşkil edir;
  • Avtomobil, kombayn və traktor sürücülərinə marşrutların dəyişilməsi barədə məlumatın vaxtında çatdırılmasını təmin edir;
  • PİNŞ-nin müdiri və baş mexaniklə birgə fermerlərin becərmə və yük daşımalarına olan tələbatının tam ödənilməsinə yönəldilmiş tədbirlərin işlənib hazırlanmasında iştirak edir;
  • Traktor işinin məhsuldarlığının yüksəldilməsinə və daşımaların maya dəyərinin aşağı salınmasına imkan yaradan tədbirlər görür;
  • Operativ dispetçer hesabatının vaxtında tərtib olunaraq Mexanizasiya şöbəsinə ötürülməsini təmin edir;
  • Dispetçer sənədlərinin vəziyyətinə və əmtəə-nəqliyyat sənədlərinin düzgün rəsmiləşdirilməsinə nəzarət edir.

Responsibilities

Təhsil: Ali texniki təhsil;

Təcrübə: 3-5 il;

Dil bilikləri: Azərbaycan dili;

Kompüter bilikləri: MS Office proqramları üzrə biliklər;


Texniki bilikləri:


  • Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
  • Avtomobil nəqliyyatı ilə sərnişin və yüklərin daşınması üzrə yuxarı orqanların qərar, sərəncam, əmrlərini, metodiki, normativ və digər rəhbər materialları bilməli;
  • Daşımaların planlaşdırılması və dispetçer idarəetməsinin təşkili bilməli;
  • Elektron-hesablama maşınlarından istifadə etməklə səmərəli marşrutların işlənməsi metodlarını bilməli;
  • Yol hərəkəti qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarını bilməli;
  • Hərəkətdə olan avtomobil nəqliyyatının texniki istismar qaydalarını bilməlidir.

About this role

Apply Before

April 19, 2025

Job Posted On

March 10, 2025

Job Type

Full-time

Experience

3-4 years

Career level

Entry-level

Education

Bachelor's Degree

Category

Industry and Agriculture