Hərəkətdə olan traktorların marşrut üzrə, mərkəzləşdirilmiş obyektlərdə və yolüstü yüklənmə məntəqələrində hərəkəti barədə filial rəhbərliyini məlumatla təmin edir;
Pambıq və digər üzvi maddələrin daşımalarının istiqamətləri və onlara olan faktiki sifarişlər haqqında məlumatın toplanıb verilməsini təşkil edir;
Avtomobil, kombayn və traktor sürücülərinə marşrutların dəyişilməsi barədə məlumatın vaxtında çatdırılmasını təmin edir;
PİNŞ-nin müdiri və baş mexaniklə birgə fermerlərin becərmə və yük daşımalarına olan tələbatının tam ödənilməsinə yönəldilmiş tədbirlərin işlənib hazırlanmasında iştirak edir;
Traktor işinin məhsuldarlığının yüksəldilməsinə və daşımaların maya dəyərinin aşağı salınmasına imkan yaradan tədbirlər görür;
Operativ dispetçer hesabatının vaxtında tərtib olunaraq Mexanizasiya idarəsinə ötürülməsini təmin edir;
Dispetçer sənədlərinin vəziyyətinə və əmtəə-nəqliyyat sənədlərinin düzgün rəsmiləşdirilməsinə nəzarət edir.
Responsibilities
Gün ərzində GPS vasitəsilə traktorçuların işlərinə nəzarət etmək səliyyəti vardır;
İstənilən marşrutdan çıxan nəqliyyat vasitəsi sürücüsünü məlumatlandırmaq və tənbeh etmək səlahiyyəti vardır.