İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Data idarəçiliyi üzrə baş mütəxəssis

27-07-2026

279

Описание

  • Data idarəçiliyi üzrə siyasətlərinin, standartlarının, prosedur və metodoloji sənədlərin hazırlanması 
  • Data idarəçiliyi üzrə vəzifələr (data sahibi, data stüard və s.), öhdəliklər və idarəetmə strukturlarının (komitələr, işçi qrupları) fəaliyyətinin təkmilləşdirilməsi 
  • Data keyfiyyəti göstəricilərinin müəyyən edilməsi, ölçülməsi və monitorinqi 
  • Data idarəçiliyi ilə bağlı texniki həllərin (data kataloq və s.) idarəedilməsi və qabaqcıl texnologiyaların tətbiq edilməsi 
  • Metaməlumatların (tərif, iş anlayışları və s.) data kataloqunda sənədləşdirilməsi və aktuallığına nəzarət edilməsi 
  • Master data idarəetməsi (MDM) təşəbbüslərinin dəstəklənməsi 
  • Məlumatların təsnifatı, qriflənməsinin və təhlükəsizliyinə dəstək göstərilməsi 
  • Məlumatların həyat dövrü (yaradılması, toplanılması, saxlanması, işlənməsi, paylaşılması, arxivləşdirilməsi və silinməsi) üzrə qaydaların tənzimlənməsi və metodoloji sənədlərin tərtib olunmasında iştirak edir, habelə tərtib olunmuş tənzimləyici sənədlərə uyğunlaşmağa dəstək göstərilməsi 
  • Data ilə bağlı layihələrdə (rəqəmsallaşma, inteqrasiya və s.) data idarəçiliyi üzrə ekspert dəstəyinin göstərilməsi 
  • Data risklərinin qiymətləndirilməsi və risklərin azaldılması üzrə tədbirlərin təklif edilməsi 
  • Data idarəçiliyi üzrə hesabatların hazırlanması 
  • Data idarəedilməsi üzrə yetkinlik səviyyəsinin qiymətləndirilməsi (maturity assessment), boşluqların müəyyən edilməsi və aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi 
  • Agentliyin əməkdaşlarının Data idarəçiliyi üzrə savadlılığının qiymətləndirilməsi və artırılması istiqamətində təlimlərin keçirilməsi 
  • Azərbaycanda məlumatların idarə edilməsi (Data Governance) Strategiyasının icrası və hədəflənən arxitekturası (çərçivəsi) tətbiqində iştirak edilməsi 
  • Dövlət informasiya ehtiyatlarında və sistemlərində toplanılan məlumatların keyfiyyətinin artırılması və mərkəzləşdirilmiş data idarəçiliyinin tətbiqində iştirak edilməsi 
  • “Dövlət məlumat hövzəsi”nin yaradılması və dövlət informasiya ehtiyatlarında və sistemlərində formalaşan məlumatların hövzəyə inteqrasiyasında iştirak edilməsi 
  • Elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilmənin həyata keçirilməsində iştirak edilməsi 
  • Dövlət qurumlarının və yerli özünüidarəetmə orqanlarının rəqəmsallaşma səviyyəsinin diaqnostikasının həyata keçirilməsi və diaqnostika nəticəsində Rəqəmsallaşma üzrə Yol Xəritəsinin hazırlanmasında iştirak edilməsi 

Требования

  • Ali təhsil (İnformatika, Statistika, Riyaziyyat, İqtisadiyyat və ya oxşar sahə) 
  • Data idarəçiliyi sahəsində 3-5 il təcrübə  
  • Data idarəetməsi çərçivələri (DAMA-DMBOK və s.) üzrə dərin biliklər.  
  • Güclü analitik düşüncə, problem həll etmə və qərar qəbuletmə bacarığı  
  • Təşkilat daxilində və xaricindəki maraqlı tərəflər ilə işləmək bacarığı 
  • OpenMetadata, Ataccama kimi data idarəçiliyi alətlərində təcrübə 
  • Azərbaycan və ingilis dillərində sərbəst danışıq və yazı bacarığı 
  • Beynəlxalq data tənzimləmələri və standartları ilə tanışlıq 
  • Data idarəçiliyi və ya data keyfiyyəti üzrə beynəlxalq sertifikatlar (CDMP, ISO 8000 və s.) üstünlük təşkil edir 

О вакансии

Конечный срок

August 26, 2026

Опубликовано

июль 27, 2026

Тип занятости

Полная занятость

Категори

Наука, Технологии, Инженерия