XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi

Müştəri xidmətləri təmsilçisi

Bu gün

106

Təsvir

  • Mərkəzin tanıtımı və şagird qeydiyyatı ilə bağlı bütün fəaliyyətləri, təsdiqlənmiş müvafiq marketinq və kommunikasiya əl kitabına uyğun şəkildə həyata keçirməli;
  • Telefon, sosial media, elektron poçt və mərkəzi ziyarət edərək daxil olan müştəri müraciətləri ilə bağlı hesabatları hazırlamalı və Qəbul, Marketinq və Kommunikasiya Bölməsinin müdirinə təqdim etməli;
  • Şagirdlərin müraciətləri toplayıb, Potensial Valideyn siyahısını hazırlamalı və həmin siyahıya əsasən valideynlərlə əlaqə quraraq qəbul prosesini həyata keçirməli;
  • Valideynlərə mərkəzin tanıdılması məqsədilə təqdimatlar təşkil etməli və Mərkəzin tanıtımını artırmaq üçün müvafiq tədbirləri planlaşdırmalı;
  • Şagirdlərin qeydiyyat şərtlərini və ödəniş cədvəlini dəqiqləşdirməli və Mərkəzin daxili qaydaları ilə bağlı valideynlərə yazılı məlumat verməli;
  • İlik İş Təqviminə uyğun olaraq valideynlərin dəvət olunduğu sərgi, şou, teatr, müsabiqə, seminar kimi tədbirlərdə valideynlərin qarşılanmasını və yönləndirilməsini təmin etməli;
  • İl ərzində edilən dəyişiklikləri izləyib tədbirləri müvafiq olaraq planlaşdırmalı;
  • Bütün dövri iclaslarda iştirak edərək üzərinə düşən vəzifələri yerinə yetirməli, məktəb rəhbərliyi tərəfindən göndərilən elektron mesajları yoxlayıb müvafiq işləri yerinə yetirməli;
  • Mərkəzin məlumat məxfiliyinə əhəmiyyət verib məlumatları yalnız müvafiq şəxslərlə paylaşmalı;
  • Fəaliyyətini daxili və xarici müştəri məmnuniyyətini nəzərə alaraq həyata keçirməli;
  • Aylıq və illik fəaliyyət hesabatları hazırlamalı və müdirə təqdim etməli.
  • Bütün texniki nasazlıqları müvafiq şöbələrə bildirməli və hər hansı nasazlıq hallarında rəy və təkliflər verərək kömək etməlidir.

Tələblər

Təhsil Tələbi

  • İqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə ali təhsil – üstünlük hesab edilir

Dil Bilikləri

  • Azərbaycan dili – C2 səviyyəsində (yüksək səviyyədə yazılı və şifahi)
  • İngilis dili – B2 səviyyəsində
  • Rus dili – B2 səviyyəsində

Qanunvericilik və Normativ Biliklər

  • Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunu
  • “Uşaq hüquqları haqqında” Qanun
  • BMT-nin Uşaq Hüquqları Konvensiyası haqqında ümumi məlumat
  • Əmək qanunvericiliyinin müvafiq maddələri
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik, sanitar-gigiyena və yanğından mühafizə qaydaları

Peşəkar və Pedaqoji Biliklər

  • Ümumi təhsil sahəsində tətbiq olunan kurikulumlar
  • Şagird mərkəzli müasir pedaqoji yanaşmalar
  • Təhsil sahəsindəki qlobal çağırışlar və təşəbbüslər
  • Təqdimat üsullarını mənimsəmək
  • Hesabatların hazırlanması bacarığı

Texnoloji Bacarıqlar

  • İKT bacarıqları
  • MS Office proqramlarında yüksək səviyyədə işləmək
  • Yeni texnoloji alət və vasitələrdən səmərəli istifadə bacarığı

İdarəetmə və Analitik Bacarıqlar

  • Zamanın səmərəli idarə edilməsi
  • Effektiv iş planlaşdırmaq və təşkil etmək
  • Dəyişikliklərin idarə olunmasında təcrübə
  • Planlaşdırma və təşkilatçılıq bacarığı
  • Kritik düşünmə bacarığı

Şəxsi Keyfiyyətlər və Davranış Bacarıqları

  • Dəyişikliyə açıq olmaq
  • Proaktivlik
  • Əməkdaşlıq etmə bacarığı
  • Ədalətlilik
  • Məsuliyyətlilik və cavabdehlik
  • İnkişaf yönlü düşüncə tərzi (Growth mindset)
  • Daxili və xarici müştəri yönümlülük
  • Səbirlilik
  • Emosional zəka (EQ)
  • Yüksək əxlaqi-mənəvi keyfiyyətlər

İş saatı

  • 09:00 - 18:00


Vakansiya haqqında

Son tarix

November 16, 2025

Paylaşılıb

oktyabr 7, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Təhsil