Təsvir

  • Fəhlə məktəbin təsərrüfat hissəsində görülən fiziki və texniki işləri yerinə yetirməli, təsərrüfat müdiri və inzibati rəhbərliyin tapşırıqlarını vaxtında icra etməli, məktəbin avadanlıqlarının və əmlakının daşınmasında, yerləşdirilməsində və saxlanmasında iştirak etməli;
  • Fəhlə məktəb binasında və ərazisində aparılan təmir, bərpa və abadlaşdırma işlərində iştirak etməli, materialların, inventarların və avadanlıqların daşınmasını, yüklənməsini və boşaldılmasını təmin etməli;
  • Fəhlə gələn malları və materialları anbara daşımalı, anbardan çıxarılan əşyaların təyinat yerinə çatdırılmasını təmin etməli, zəruri hallarda qablaşdırma və yığma işlərini həyata keçirməli;
  • Su dispenserlərinin daşınmasında iştirak etməli, suları uyğun sayda qoymalı; onların hər mərtəbənin ehtiyacına uyğun şəkildə yerləşdirilməsini təmin etməli və düzgün fəaliyyətini yoxlamalı;
  • Fəhlə məktəbin həyətində və ətrafında yerləşən tikililərin, hasarların, idman meydançasının və digər təsərrüfat obyektlərinin qorunmasında və texniki vəziyyətinin saxlanılmasında iştirak etməli, əraziyə texniki xidmət göstərilməsində yardım etməli;
  • Fəhlə binanın və həyətyanı sahənin təmir işlərində ustalara köməklik göstərməli, tikinti materiallarını və alətləri lazımi yerə daşımalı, iş sahəsində səliqə-səhmanı təmin etməli;
  • Fəhlə elektrik, su, istilik və digər mühəndis sistemlərində nasazlıq olduqda texniki işçilərə dəstək verməli, onların göstərişləri əsasında köməkçi əməliyyatlar yerinə yetirməli;
  • Fəhlə məktəb binasında keçirilən tədbirlər zamanı stulların, masaların, səhnə və texniki avadanlıqların daşınmasını və düzülməsini təmin etməli, tədbirdən sonra avadanlıqları yerinə qaytarmalı;
  • Fəhlə qış aylarında qar və buzun təmizlənməsində, yay aylarında isə həyətyanı sahənin abadlaşdırılmasında, ağac və bitkilərin suvarılmasında iştirak etməli;
  • Fəhlə texniki təhlükəsizlik, əməyin mühafizəsi, yanğından mühafizə və sanitariya-gigiyena qaydalarına əməl etməli, fərdi mühafizə vasitələrindən düzgün istifadə etməli, qəza və xəsarət hallarında dərhal rəhbərliyə məlumat verməli;
  • Fəhlə məktəb ərazisində və binasında tapşırılan bütün fiziki və texniki işləri doğru şəkildə yerinə yetirməli, əmlakın təhlükəsizliyinə və qorunmasına cavabdeh olmalı, öz vəzifə öhdəliklərinə məsuliyyətlə yanaşmalı;
  • Fəhlə işə vaxtında gəlməli, rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirməli, əmək intizamına və daxili nizam qaydalarına əməl etməli;
  • Fəhlə iş zamanı alət və inventarlardan səliqəli istifadə etməli, onları iş bitdikdən sonra təhvil verməli, zədələnmə və nasazlıq hallarında dərhal rəhbərliyə məlumat verməli;
  • Mərkəz ərazisinə və mövcud olan texniki avadanlıqlara nəzarət etməli;
  • Fəhlə iş sahəsində nizam-intizamı, səliqə-səhmanı və təhlükəsizliyi qoruyub saxlamalı, kollektivdə səmərəli əməkdaşlıq etməli, məktəbin ümumi fəaliyyətinə dəstək göstərməlidir.
  • Vəzifəsini yerinə yetirərkən, elektrik cihazlarından istifadə edərkən və texniki işləri icra edərkən SƏTƏMM tələblərinə əməl edir.
  • İş şəraitinə uyğun olaraq təqdim edilmiş Fərdi Mühafizə Vasitələrindən (FMV) istifadə edir.
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik, sanitariya-gigiyena və yanğın təhlükəsizliyi qaydalarına riayət edir.
  • SƏTƏMM mütəxəssisinin göstərişlərinə əməl edir və yoxlamalar zamanı aşkar edilmiş nasazlıq və çatışmazlıqların aradan qaldırılmasını təmin edir.

Tələblər

  • Namizəd orta və ya orta-ixtisas təhsilinə malik olmalı;
  • Fiziki cəhətdən sağlam olmalı;
  • Əmək intizamına riayət etməli, verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirməyi bacarmalıdır;
  • Namizəd sadə təsərrüfat və texniki işlərdə təcrübəyə malik olmalı;
  • Alət və avadanlıqlardan təhlükəsiz şəkildə istifadə etməyi bacarmalı, texniki təhlükəsizlik qaydalarına əməl etməlidir;
  • Namizəd məsuliyyətli, diqqətli və intizamlı olmalı;
  • Komanda ilə işləməyi bacarmalı;
  • Rəhbərliyin göstərişlərini düzgün başa düşməli və vaxtında icra etməlidir;
  • Namizəd məktəbin ərazisində görülən bütün fiziki və təsərrüfat işlərini düzgün yerinə yetirməli;
  • Ünsiyyət bacarıqları;
  • Səbirlilik;
  • Ədalətlilik, məsuliyyət və dürüstlük;
  • Fiziki səy;
  • Əməkdaşlıq;
  • Texnoloji alət və avadanlıqlardan səmərəli istifadə edə bilmək.

Vakansiya haqqında

Son tarix

September 10, 2026

Paylaşılıb

avqust 11, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Orta səviyyəli

Təhsil

Orta təhsil

Kateqoriya

Təhsil