XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi

Fizika müəllimi (rus bölməsi)

Bu gün

64

Təsvir

Əsas vəzifə funksiyaları şagirdlərin yaş səviyyəsini və öyrənmə vəziyyətini nəzərə almaqla, tətbiq olunan kurikuluma əsasən dərsin məzmununu və öyrətmə yollarını planlaşdırmaq və buna uyğun olaraq dərsi tədris etmək; müvafiq qiymətləndirmə metodunu müəyyən edib tətbiq etmək və tətbiqin nəticələrini qiymətləndirmək; aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görmək; gündəlik olaraq şagirdlərin inkişafı ilə bağlı müvafiq qeydlər aparmaq; şagirdlərin hərtərəfli inkişafına töhfə vermək; təhsil və təlim çərçivəsində planlaşdırılan digər fəaliyyətlərdə iştirak etmək; məktəbin ümumi prinsipləri və qaydaları çərçivəsində valideynlərlə ünsiyyət qurmaq; şagirdlərə yemək və müxtəlif fəaliyyətlər (tədbirlər, məşqlər, ekskursiyalar və s.) zamanı sinifdənkənar yerlərdə nəzarət etmək; şagirdlərin özünəqulluq fəaliyyətlərinin öyrədilməsində iştirak etmək; özünəqulluq ehtiyacları ilə bağlı zəruri köməklik (paltarların dəyişdirilməsi, tualetə aparılması və s.) göstərmək; şagirdlərin valideynlərdən təhvil alınması və təhvil verilməsinə köməklik etməkdir.


Tədris və planlaşdırma fəaliyyəti

  • Şagirdlərin tədrisini Mərkəzin missiyası, dəyərləri və “Təhsil modeli”nə uyğun təşkil edir.
  • Tədris ilinin əvvəlində fənn üzrə illik və həftəlik planı hazırlayır, metodist müəllimə təqdim edir.
  • Dərs planlarını, qiymətləndirmə vasitələrini, resursları kurikulum və məktəb platformaları əsasında hazırlayır və tətbiq edir.
  • Şagirdlərin fərdi öyrənmə ehtiyaclarını nəzərə alaraq xüsusi dərs planları və əlavə dəstək planları qurur.
  • Tədris prosesində müxtəlif metod və resurslardan istifadə etməklə şagirdlərin mövzuları mənimsəməsini təmin edir.
  • Tədris ilinin əvvəlində diaqnostik qiymətləndirmə həyata keçirir, şagirdlərin məzmun standartlarını mənimsəmə səviyyəsini və öyrənmə ehtiyaclarınını müəyyənləşdirir və “Gündəlik dərs planı”nın strukturunu buna əsasən formalaşdırır.

Qiymətləndirmə və hesabatlılıq

  • Diaqnostik, formativ və summativ qiymətləndirmələri aparır, nəticələri təhlil edir və zəif tərəfləri möhkəmləndirici fəaliyyətlərlə dəstəkləyir.
  • Məktəbin Təhsil Siyasəti sənədinə uyğun olaraq Qiymətləndirmə meyarları, rubriklər və sual bankının hazırlanmasında iştirak edir.
  • Şagirdlərin özünəqulluq fəaliyyətlərinin öyrədilməsində iştirak edir, özünəqulluq ehtiyacları ilə bağlı zəruri köməkliyini (paltarların dəyişdirilməsi, tualetə aparılması və s.) göstərir. Şagirdlərin yaş dövrünə uyğun olaraq özünəqulluq fəaliyyəti ilə bağlı gecikmə olduğu halda valideyn və psixoloji dəstək bölməsi ilə əməkdaşlıq edir.
  • Şagirdlərin valideynlərdən təhvil alınması və təhvil verilməsini təmin edir.

Nəzarət,növbətçilik, əlavə işlər və ictimai fəaliyyətlər

  • Məktəb rəhbərliyi tərəfindən verilən tapşırıqları icra edir, növbətçilik və əvəzləmə fəaliyyətlərində iştirak edir.
  • Ekskursiyalar, sosial tədbirlər, müsabiqələr və imtahanlarda məsuliyyət daşıyır.
  • Komitə və şuralarda iştirak edir, məktəbin daxili və xarici fəaliyyətlərində Mərkəzi təmsil edir.
  • "Növbətçilik proseduru"na uyğun olaraq növbətçilik edir.
  • Mərkəz və/vəya rəsmi qurumlar tərəfindən (Təhsil Nazirliyi, DİM və s. ) elan edilən tarixlərdə təşkil olunan mərkəzi qiymətləndirmə imtahanlarında, olimpiadalarda, yarışlarda və s. Məktəb rəhbərliyinin göstərişinə uyğun olaraq müvafiq formada (şagirdlərin qarşılanması, nəzarətçilik, sualların yoxlanılma və s. işlərdə) iştirak edir.

İnkişaf və əməkdaşlıq

  • İclaslarda aktiv iştirak edir, fəaliyyət hesabatlarını təqdim edir.
  • Gündəlik olaraq məktəb rəhbərliyi tərəfindən elektron mesajların göndərilib göndərilmədiyini yoxlayır və gələn mesajın məzmununa uyğun öhdəlikərini yerinə yetirir.
  • "Valideynlər ilə görüş proseduru"na uyğun olaraq periodik valideynlərlə görüş keçirir.
  • Tədris bacarıqlarını artırmaq üçün təlimlərdə və seminarlarında iştirak edir.
  • İT və digər dəstək bölmələri ilə əməkdaşlıq edir, təklif və nasazlıq bildirişlərini müvafiq qaydada ötürür.
  • Valideyndən birbaşa gələn istək, tələb, şikayət, təklifləri və s. qəbul edir, öz səlahiyyətinə aid olmayan məsələləri Qəbul, marketinq və kommunikasiya bölməsinə yönləndirmək üçün müvafiq Akademik direktor müavinini məlumatlandırır.
  • Komanda işi, müştəri məmnuniyyəti və məktəbin ümumi inkişafına dəstək məqsədilə fəaliyyət göstərir.
  • Mərkəzdaxili fəaliyyətlərin, tədbirlərin, yarışların, olimpiadaların təşkilində aktiv iştirak edir və şagirdləri aktiv iştirak üçün təşviq edir.
  • Fəaliyyət sahəsinə uyğun olaraq Mərkəzi təmsil edir.
  • İlin əvvəlində tədris edəcəyi dərslər ilə bağlı materialları, əyani vəsaitləri və materialları müəyyən edir, müvafiq Akademik Direktor müavininə bildirir.
  • Bütün fəaliyyətini daxili və xarici müştəri məmnuniyyətini nəzərə alaraq həyata keçirir.
  • Akademik direktor müavini və metodist müəllim tərəfindən tapşırılan digər tapşırıqları yerinə yetirmək.


Tələblər

  • Fizika müəllimliyi ixtisası üzrə bakalavr təhsilinin olması tələb edilir. Magistr dərəcəsi üstünlük hesab edilir.
  • Müəllimlərin Etik Davranış Qaydaları"nı (TN, 2014);
  • Müasir elmi tədqiqatlara əsaslanan təlim prinsipləri, öyrənmə və qiymətləndirmə nəzəriyyələrini;
  • Pedaqogika və pedaqoji psixologiya elminin son nailiyyətlərini;
  • Şagird mərkəzli müasir pedaqoji yanaşmaları;
  • 21-ci əsr bacarıqlarını;
  • Effektiv təlim prosesinin təşkilini (effektiv təlim strategiyaları, sinfin effektiv idarəolunması, şagird davranışının idarəolunması ilə bağlı nəzəri-praktiki);
  • Tədris dilinə bağlı yüksək səviyədə (C1) yazılı və şifahi dil biliklərini.
  • Təhsil sahəsində cari qlobal çağırış və təşəbbüsləri və s.
  • Ms Office (Outlook, Word, Excel) proqramlarında işləmə bacarığı;
  • Uşaqlarla səmərəli ünsiyyət qurma, işləmə və oynama;
  • Müxtəlif öyrətmə strategiyalarından və yeni texnoloji alət və vasitələrdən səmərəli istifadə edə bilmə;
  • Effektiv dərs planlaşdırma;
  • Müxtəlif öyrətmə strategiyalarından və yeni texnoloji alət və vasitələrdən səmərəli istifadə edə bilmə;
  • Özü və şagirdləri ilə refleksiya apara bilmə;
  • Layihələrdə, müsabiqə və innovativ proqramlarda iştirak qabiliyyəti;
  • Kritik düşünmə və problem həll etmə;
  • Özünü motivə etmə və öyrənmə;
  • Emosional zəka (EQ);
  • Əməkdaşlıq və yaradıcılıq;
  • Proaktivlik;
  • Səbirlilik və Ədalətlilik;
  • Daxili və xarici müştəri yönümlülük;
  • İnkişaf yönlü düşüncə tərzi (Growth mindset).

Vakansiya haqqında

Son tarix

March 5, 2026

Paylaşılıb

fevral 18, 2026

Vakansiya növü

Müvəqqəti

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Gənc mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Təhsil