Məktəbəqədər təhsil üzrə dayənin əsas funksiyası bağça yaşlı uşaqların təhlükəsizliyini, gigiyenasını və gündəlik qayğılarını təmin etmək, tədris prosesində müəllimlərə dəstək göstərmək, həmçinin Məktəbəqədər Təhsil üzrə Akademik Direktor Müavini tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə icra etməkdir.
- Bağçaya gələn uşaqları qarşılamaq, onların geyimlərinin dəyişdirilməsinə, şəxsi əşyalarının yerləşdirilməsinə və sinif otaqlarına yönləndirilməsinə köməklik göstərmək;
- Sinif otaqlarında su, salfet, stəkan və digər zəruri ləvazimatların mövcudluğunu təmin etmək, çatışmazlıqları aradan qaldırmaq;
- Tərləyən uşaqların geyimlərinin dəyişdirilməsinə köməklik göstərmək;
- Uşaqların tualet ehtiyacları zamanı gigiyena qaydalarına uyğun şəkildə dəstək vermək;
- Günün sonunda uşaqların evə getməyə hazırlanmasına köməklik göstərmək;
- Növbətçi siniflərdə qalaraq bağça müəlliminə dəstək olmaq;
- Uşaqları hovuz, idman zalı və digər fəaliyyət məkanlarına müşayiət etmək, dərsə hazırlanmasını və fəaliyyət bitdikdən sonra yenidən bağçaya qaytarılmasını təmin etmək;
- Açıq hava oyunları və fəaliyyətləri zamanı müəllimlərə dəstək göstərmək;
- Təhlükəsizliklə bağlı risk və çatışmazlıqları aşkar etdikdə müvafiq sinif müəlliminə məlumat vermək;
- Uşaqların yataq otaqlarında yataq dəstlərini dəyişdirmək və səliqəyə nəzarət etmək;
- Uşaqları valideynlərdən təhvil almaq və valideynlərə təhvil vermək, bu proses zamanı geyinmə və soyunmalarına köməklik göstərmək;
- Uşaqların qəbulu zamanı onların səliqəliliyini və ümumi vəziyyətini yoxlamaq;
- Uşaqlarla mehriban, qayğıkeş və diqqətli davranmaq, valideynlərlə münasibətlərdə peşəkar və nəzakətli üsluba riayət etmək;
- Uşaqların şəxsi gigiyenasına nəzarət etmək, zəruri hallarda onların yuyundurulması, geyindirilməsi və bezlərinin dəyişdirilməsini həyata keçirmək;
- Uşaqların yataq və oyun sahələrinin təmiz və səliqəli saxlanılmasını təmin etmək;
- Rəhbərlik tərəfindən təşkil olunan iclaslarda, seminarlarda və təlimlərdə iştirak etmək;
- Rəhbərlik tərəfindən verilən digər aidiyyəti tapşırıqları yerinə yetirmək;
- Vəzifə öhdəliklərindən irəli gələn digər hüquq və səlahiyyətləri həyata keçirmək.
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin əməkdaşı olaraq ümumi öhdəliklər
- Şirkətə, əməkdaşlara və şagirdlərə aid məlumatların məxfiliyini qorumaq;
- Sosial media platformalarında şəxsi hesablar vasitəsilə şagirdlərin foto və videolarını, xüsusilə üzlərinin göründüyü materialları paylaşmamaq;
- Mərkəzin daxili qaydalarına və etik davranış standartlarına riayət etmək.
Digər öhdəlikləri
- Fəaliyyət sahəsinə uyğun olaraq Mərkəzi daxili və xarici mühitdə təmsil etmək;
- Bütün fəaliyyətini daxili və xarici müştəri məmnuniyyəti prinsiplərini nəzərə alaraq həyata keçirmək;
- Fəaliyyət sahəsi üzrə birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları icra etmək.